Nizami SÜleymanov



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə39/55
tarix27.11.2022
ölçüsü1,93 Mb.
#70814
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   55
DERSL-K-1501-1736

Qorçubaşı. Azərbaycanda qorçuların olması haqqında 
məlumata XV əsrdə təsadüf edilir. I Şah İsmayıl isə nizami 
qorçu qvardiyasını təşkil etmişdir. Oxçulardan ibarət olan 
qorçular I Şah İsmayılın dövründə döyüşlərdə fədakarlıq gös-
tərirdilər. Qorçubaşı dövlətin görkəmli əmirlərindən olub 
müəyyən vaxtlarda dövlətin silahlı qüvvəsinin baş komandanı 
olurdu. Qorçubaşı həmişə sarayda olur, ancaq o, baş komandan 
təyin edildikdə paytaxtı tərk etməli olurdu. 


165 
Dövlət, saray, əyalətlərdə hərbi qulluqda olan bütün qor-
çuların məvacibi və tiyulu qorçubaşının təqdimatı ilə baş və-
zirin təliqəsi əsasında verilirdi. Əyalətdəki qorçubaşılar mər-
kəzdəki qorçubaşıya tabe idilər. Qorçubaşı çox geniş hərbi 
funksiyaya malik olub dövlətin ali sturukturunda əvvəllər bi-
rinci, sonralar isə ikinci yerdə dayanırdı. I Şah Abbasın döv-
ründə qorçuların hüquqları qismən məhdudlaşdırılsa da onların 
müstəsna nüfuzları ciddi dəyişikliklərə uğramamışdır. 
Qullarağası. Qulamların rəisi adlanan qullarağası ali 
dövlət sturukturunda ikinci yerdə dayanırdı. Qullarağası qorçu-
başıdan sonra əmirlərin ən böyüyü sayılırdı. Bütün qulamların 
tiyul, həmesale məvacibi və mükafatları, məvacib qəbzləri onun 
təqdimatı ilə, baş vəzirin yazılı icazəsindən sonra qullarağası 
tərəfindən təsdiq edilib möhürlənirdi. Qulamlara aid bütün 
işləri qullarağası həll edirdi. 
Tüfəngçibaşı. Tüfəngçibaşı tüfəngçi hərbi hissəsinin min-
başılarının, yüzbaşılarının, saray carçılarının başçısı olub, 
qorçubaşı və qullarağasından sonra üçüncü yerdə dayanırdı. 
Ona tabe olanların hamısının tiyul, həmesale, məvacib və 
mükafatları onun təqdimatı əsasında baş vəzirin yazılı hökmü 
verildikdən sonra həyata keçirilirdi. 
Topçubaşı. Topxananın yüzbaşı, minbaşı, topçu və car-
çılarının rəisi olub tabeliyində olanlara maaş və həmesale təyin 
olunması üçün təqdimat verir və divan vəzirinin icazəsindən 
sonra şahın fərmanı verilirdi.Topçubaşı da qorçubaşı və qul-
larağasından sonra ordudakı tabeçilik qaydasına görə üçüncü 
yerdə dayanırdı. Topçubaşı döyüş dənizdə baş verdikdə dəniz 
qüvvələrinə başçılıq edirdi. Səfəvi dövlətinin hərbi dəniz do-
nanması yox idi. Yalnız Xəzər dənizində və İran körfəzində kiçik 
çaplı odlu silahlarla təchiz olunmuş ticarət gəmiləri var idi.
Mənbələrdə I Şah İsmayıl və I Şah Təhmasibin haki-
miyyəti dövründə toptökmə sənəti haqqında çox az məlumat 
olsada, I Şah Abbas, Şah Səfəvi və II Şah Abbas dövründə 
toptökmə sənətinin inkişafına xüsusi diqqət yetirilmişdir. 


166 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin