Nizami SÜleymanov



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə11/55
tarix27.11.2022
ölçüsü1,93 Mb.
#70814
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   55
DERSL-K-1501-1736

 


24 
II FƏSİL 
 
I ŞAH İSMAYILIN DAXİLİ
VƏ XARİCİ SİYASƏTİ 
 
§ 2.1. I Şah İsmayılın daxili siyasəti 
Səfəvi dövləti yaranandan sonra I Şah İsmayıl tərəfindən 
həyata keçirilən tədbirlər nəticəsində ölkədə vahid inzibati 
idarəetmə sisteminin qurulması, təsərrüfat həyatının bərpası və 
inkişaf etdirilməsi istiqamətində həyata keçirilən iqtisadi siya-
sət, kəndlilərin və sənətkarların vəziyyətinin yüngülləşdirilməsi 
sahəsində atılan addımlar, vergi siyasətini nizamlamaq sahə-
sində islahatlar iqtisadiyyatın inkişafını stimullaşdırırdı. Şəhər 
həyatında baş verən iqtisadi canlanma, sənətkarlıq məhsullarına 
yerli əhalinin və xarici tələbatın artması sənət və peşələrin 
inkişafını sürətləndirir və yeni sənət sahələrinin yaranmasına 
səbəb olurdu. 
I Şah İsmayılın daxili siyasətinin əsas ideyası mərkəz-
ləşdirilmiş dövlət yaratmaq idi. Ölkə iqtisadiyyatının bərpası və 
inkişaf etdirilməsi, iqtisadiyyatın əsas sahələri olan kənd təsər-
rüfatı, sənətkarlıq və ticarətin dirçəldilməsi bunu tələb edirdi. 
I Şah İsmayılın tacirlərdən və sənətkarlardan vəziyyət-
lərinə görə vergi alma siyasəti, ticarətin canlanması və inkişa-
fına mane olan bəzi vergilərin ləğv edilməsi, monqol döv-
ründən tətbiq edilən vergilərin yığılmasındakı iltizam siste-
minin aradan qaldırırlması ticarətin və sənətkarlığın inkişafına 
müsbət təsir göstərirdi. 
Keçmişdən qalan bir sıra vergi və mükəlləfiyyətlər daxili 
bazarın formalaşması prosesinə və fəaliyyətinə mane olduğuna 
görə I Şah İsmayıl məhdud miqyaslı fərmanları ilə bu maneələri 
aradan qaldırmağa çalışmışdı. 
İsmayıl hələ hakimiyyət uğrunda mübarizəyə başladığı 
dövrdə tərəfdarlarının yüksək hərbi zümrəsi hesabına yeni 


25 
dövlət aparatının əsasını yaratmış, ələ keçirdiyi ərazilərdə yerli 
idarəçilik formasını formalaşdırmaqla bərabər dövlətin yüksək 
vəzifələrini bərqərar etməklə hakim türk qızılbaş soylarından 
zümrəni möhkəmləndirə bilmişdi. 
I Şah İsmayılın ən mühüm tədbirlərindən biri dini islahat 
keçirməsi idi. 1501-ci ilin payızında, Səfəvi dövləinin yaranma-
sının ilk günlərində islamın şiə təriqəti, yəni imamilər təriqəti 
dövlət dini elan edildi. Tacqoyma ərəfəsində əmirlər və şiə 
imamları ilə məsləhətləşəndə onlar İsmayılı ifratçılıqdan çəkin-
dirməyə çalışsalar da buna nail ola bilməmişlər. İsmayılın əmri 
ilə səhərisi Təbrizin Cümə məscidində oxunan xütbədə 12 
imam xatırlanmış və ilk 3 xəlifə (Əbubəkr, Ömər və Osman) isə 
açıq şəkildə lənətlənmişdi. Xütbə oxunan zaman İsmayıl min-
bərin aşağısında, məscidə gələn təbrizlilərin başları üzərində 
qılıncını qaldırmış halda durmuşdu. 
Qızılbaş nəzəriyyəsinə görə Xəlifə Əli imamdır və kim 
bunu qəbul etmirsə kafirdir. İsmayıl özünün Əli və Fatimədən 
başlanan “mənşəyi” ilə fəxr edirdi.
Xətayinin “Divan”ında (şerlər külliyyatı) əksini tapmış 
qızılbaş nəzəriyyəsinə görə Peyğəmbər və Əlinin keyfiyyətləri 
İsmayılın simasında təcəssüm etmişdir. Əlinin və onun nəs-
lindən olanların ilahiləşdirilməsi, Allahın əlamətlərinin insanda 
görünməsi ifrat şiə təriqətçiləri üçün xasdır. 
Dövriyyəyə şiəlik simvolları olan sikkələr buraxıldı. 
Pulların üstündə 12 şiə imamının adları və “Müqəddəs şahın 
(yəni Ə linin) qulu” ifadəsi ilə, kiçildilmiş formada Şah İsma-
yılın adı göstərilmişdi. Pul islahatı şiəliyin təbliğat məqsəd-
lərinə, onun Səfəvilər dövlətində hakim mövqeyinin möhkəm-
ləndirilməsinə xidmət edirdi. 
I Şah İsmayıl daxili siyasətində separatçılığa meyl göstə-
rən qızılbaş əyanlarına güzəştə getmir və onlara qarşı sərt 
tədbirlər görürdü. Qızılbaş əyanlarının yerlərdə möhkəmlənə 
bilməməsi üçün tez-tez onların yerlərini dəyişdirirdi.


26 
O, mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün oturaq 
şəhər əhalisinin nümayəndələrini də dövlət işlərinə təyin edirdi. 
Onun daxili siyasətində mərkəzi hakimiyyətin ictimai 
dayağının genişləndirilməsinə diqqət yetirilirdi. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin