37
dövlətlərin maraqları var idi. Osmanlı dövləti də Qafqazda öz
mövqeyini möhkəmləndirməyə çalışırdı. Səfəvilər də Qafqaz-
dan keçən ticarət yollarını nəzarət altında caxlamaqda maraqlı
idilər. Gürcüstan hərbi-strateji əhəmiyyətinə görə Səfəvi dövləti
ilə Osmanlı
imperiyası arasında
mübarizə mövqeyinə
çevrilmişdi. Gürcüstan xırda çarlıqlara, Kartli, Kaxetiya, İme-
retiya çarlıqlarına və Samstxe-Saafabaqo, Mesxi knyazlığına
bölündüyünə görə öz hakimiyyətlərini
qoruyub saxlamaq üçün
Osmanlı və Səfəvi dövləti arasında manevr edirdilər.
Səfəvilərin Çaldıran döyüşündə məğlubiyyətindən sonra
Kartli və Kaxetiya çarları Osmanlı hakimiyyətini qəbul etmiş-
dilər. Mesxi çarı IV Kvarkvare (1516-1535) İmeretiya (Başı
Açıq) çarı Mənucöhr tərəfindən məğlub edildikdə I Şah İsma-
yıla kömək ğöstərməsi üçün müraciət etdi.
Onun bu müraciəti
Səfəvilərin Gürcüstanda mövqelərini möhkəmləndirmək üçün
bəhanə oldu.
1517-ci ildə I Şah İsmayıl Div Sultan Rumlunun başçılığı
ilə Gürcüstana qoşun göndərdi. Qızılbaşlar Mənucöhrü məğ-
lubiyyətə uğradıb, IV Kvarkvareni hakimiyyətə gətirdilər.
Mənucöhr Osmanlı dövlətinə sığındı.
Bir il sonra Mənucöhr osmanlıların köməyi ilə yenidən IV
Kvarkvare üzərinə hücuma keçdi.
Div Sultan Rumlunun
başçılığı ilə ikinci dəfə qızılbaş qoşunu Dəbil (Dvin) rayonu
ərazisində Osmanlı ordusunu darmadağın etdi.
1521-ci ildə Kartli çarı Davidin Səfəvi dövlətinə xərac
ödəməkdən imtina etməsi və Kaxetiya çarı
Ləvəndin Şəki xan-
lığına basqını Div Sultan Rumlunun üçüncü dəfə Gürcüstan
üzərinə hücuma keçməsinə səbəb oldu. Qızılbaş ordusu Qanıq
və Qabirri çaylarını keçərək Zəyəm və Q irem qalalarına hücum
edərək gürcü qoşunlarını məğlub etdi.
Ləvənd Div Sultan
Rumlunun yanına gələrək itaət etdiyini bildirdi. Q ızılbaşlar
Davidin ordusunu da məğlubiyyətə uğradaraq Tiflisi ələ keçi-
rərək orada qarnizon yerləşdirdilər. X David də Səfəvilərə tabe
olduğunu bildirdi. Kvarkvare və
Mənucöhr də bu cür hərəkət
38
etdilər. Gürcüstan hakimləri Div Sultan Rumlu ilə birlikdə qışı
Naxçıvanda keçirən I Şah İsmayılın yanına gələrək, Səfəvilərin
hakimiyyətini qəbul edərək illik xərac verməyi öhdələrinə
götürdülər.
Beləliklə, qızılbaşların yürüşləri nəticəsində Kartli və
Kaxetiya – Şərqi Gürcüstan Səfəvi dövlətinə tabe edildi.Qərbi
Gürcüstan isə Osmanlıların təsiri altında qaldı.
1524-cü ildə Kaxetiya çarı Ləvənd
Şəkiyə yenidən hücum
etdi. Şəki qoşunu məğlub edildi. Şəki hakimi Həsən xan
öldürüldü. I Şah İsmayıl Kaxetiya çarını cəzalandırmaq üçün
hazırlıq gördüyü zaman 23 may 1524-cü ildə vəfat etdi.
Dostları ilə paylaş: