Nizami SÜleymanov



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə15/55
tarix27.11.2022
ölçüsü1,93 Mb.
#70814
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   55
DERSL-K-1501-1736

III FƏSİL 
 
SƏFƏVİ DÖVLƏTİ I ŞAH TƏHMASİBİN 
HAKİMİYYƏTİ İLLƏRİNDƏ 
 
§ 3.1. I Şah Təhmasibin hakimiyyətinin əvvəllərində 
Qızılbaş əmirləri arasında çəkişmələr 
I Şah İsmayılın ölümündən (23 may 1524-cü il) sonra 
qızılbaş əmirlərinin hakimiyyətdə nüfuz dairəsi uğrunda çəkiş-
mələri mərkəzi hakimiyyətin zəifləməsinə səbəb oldu. Div 
Sultan Rumlu I Şah İsmayılın hakimiyyətinin son illərində 
Əmir-əl Üməra, həm də mülki və dini məsələlər üzrə şahın 
müavini, yəni vəkili idi. O, hakimiyyətə gələn az yaşlı Təh-
masibin (1524-1576) vəkili və lələsi (tərbiyəçisi) oldu. Dövlət 
işlərində nəzarəti ələ keçirən Div Sultan Rumlu qızılbaş əyan-
ları arasında baş qaldıran çəkişmələrin qarşısını ala bilmədi
əksinə ustaclı tayfalarından olan əmirləri vəzifədən uzaqlaş-
dırmaq və onlara məxsus mülkləri ələ keçirməklə vəziyyəti 
daha da kəskinləşdirdi. Ustaclı tayfa başçıları Kö pək Sultan və 
Abdulla xan kimi qüdrətli ustaclı əmirləri Div Sultan Rumluya 
qarşı çıxdılar. Div Sultan Rumlu təkəli tayfasından olan əmir-
ləri Çuxa Sultan Təkəli başda olmaqla öz tərəfinə çəkə bildi. 
Şamlı tayfasından olan Herat hakimi Durmuş xan və Astrabad 
hakimi Zeynal xan da Div Sultan Rumlunu müdafiə etdilər. 
1525-ci ildə yaranmış qarşıdurmada Köpək Sultan münaqişəni 
dinc yolla həll etmək qərarı ilə Təbriz yaxınlığında Div Sultan 
Rumlunu qarşıladı. Div Sultan Köpək Sultanla paytaxta daxil 
oldular. Lakin Div Sultan ona qarşı daha sərt mövqedə duran 
bir neçə ustaclı əmirini edam etdirdi və ustaclı əmirləri dövlət 
işlərindən uzaqlaşdırdı. Köpək Sultan paytaxtdan Çuxursəd 
vilayətinə çəkildi. Div Sultan Rumlu və Çuxa Sultan Təkəli 
ustaclı tayfasına məxsus tiyul torpaqlarını ələ keçirdilər. 1526-
cı ilin aprel ayında Köpək Sultan rumlu və təkəli tayfaları ilə 


41 
mübarizə aparmaq üçün Xalxaldan Sultaniyyəyə gəldi. 1526-cı 
il may ayının 26-da tərəflər arasında baş verən döyüşdə ustaclı 
tayfası məğlub olaraq Rəştə çəkildilər. Rəşt və Kirman hakim-
lərinin ustaclılara kömək etmələrinə baxmayaraq ustaclılar yenə 
məğlubiyyətə uğradılar. Köpək Sultan öz tərəfdarları ilə 
Xalxal- Rəşt-Ərdəbil yolu ilə Çuxursədə hərəkət etdi.1527-ci 
ilin iyun ayının 30-da Naxçıvanda tərəflər arasında baş vermiş
döyüşdə ustaclılar darmadağın edildilər, Köpək Sultan öldü-
rüldü. 
Tezliklə vəkillik vəzifəsi uğrunda Div Sultanla Çuxa 
Sultan arasında mübarizə başladı. Çuxa Sultan I Şah Təhmasibi 
inandırdı ki, tayfalar arasında ədavətin yaranmasının səbəbkarı 
Div Sultan Rumludur. Beləliklə Çuxa Sultanın təhriki ilə 1527-
ci ilin iyul ayında Div Sultan Rumlu öldürüldü.
Dövlət işlərinin idarə edilmsi Çuxa Sultan başda olmaqla 
təkəli əmirlərinin əlinə keçdi. 1527-ci ildən 1531-ci ilin iyun 
ayına qədər Çuxa Sultan şahın həm vəkili, həm də əmir əl-
üməra oldu. O, yüksək vəzifələrə təkəli əmirlərini gətirdi. 
Qızılbaş tayfaları arasında baş verən toqquşmalar mərkəzi 
hakimiyyəti iflic vəziyyətinə salmışdı. Səfəvilər dövlətində 
yaranmış şəraitdən istifadə edən Özbək hakimi Übeydulla xan 
1526-cı ildən başlayaraq Xorasana dağıdıcı yürüşlər edirdi. 
Herat hakimi Hüseyn xan özbəklərə qarşı cəsarətlə mübarizə 
aparırdı. Q ızılbaş qoşunu Xorasanı tərk edən vaxt Übeydulla 
xan yenidən yürüş edərək Heratı mühasirəyə aldı. Herat hakimi 
Hüseyn xanın nüfuzunun artmasından ehtiyat edən Çuxa Sultan 
Heratın mühasirəsinə kömək etmək üçün gedən qoşunu yuban-
dırdı. Özbəklərlə danışıq vasitəsi ilə mühasirədən çıxan Hüseyn 
xan Sarı Mirzə ilə birlikdə şahın İsfahan yaxınlığındakı qərar-
gahına gələrək şahın zülqədər tayfasından olan qorçiləri ilə bir-
ləşərək Çuxa Sultan Təkəlini 1531-ci il iyunun 17-də qətlə ye-
tirdilər.
Çuxa Sultan Təkəlinin ölümündən sonra təkəli əmirləri öz 
hökmranlıqlarını qoruyub saxlamaq üçün Azərbaycan hakimi 


42 
Üləma Sultan Təkəlini vəkil vəzifəsinə gətirmək üçün müba-
rizəyə başladılar. Şahın Təbrizdə olmamasından istifadə edərək 
Təbrizdə qarətlər tötətdilər. Şahın qoşununun gəlməsindən ehti-
yatlanıb Üləma Sultan başda olmaqla təkəli əmirləri öz 
tərəfdarları ilə İstanbula getdilər.
1531-ci ildə Hüseyn xan Şamlı şahın vəkili və əmir əl-
üməra vəzifəsini tutur. O da öz sələflərinin yolu ilə gedir. Ən 
yüksək vəzifələrə şamlı tayfasının əmirlərini gətirir, ən yaxşı 
vilayətləri onların arasında bölüşdürürdü.
1534-cü ildə Hüseyn xan Şamlı Sam Mirzənin xeyrinə
I Şah Təhmasibi zəhərləmək cəhdində ittiham edilərək öldü-
rülür. Artıq böyümüş və saray çəkişmələrində böyük təcrübə 
qazanmış I Şah Təhmasib bütün mərkəzi hakimiyyəti öz nəza-
rətinə götürür. 1524-1534-cü illərdə qızılbaş tayfaları arasında 
hakimiyyətdə nüfuz dairəsi uğrunda aparılan çəkişmələr mər-
kəzi hakimiyyəti zəiflətdi, feodal ara müharibələrinə səbəb 
oldu. 
Qızılbaş tayfaları arasındakı çəkişmələrdən istifadə edən 
özbək Übeydulla xan XVI əsrin 20-ci illərinin ikinci yarısı və 
30-cu illərində tez-tez Xorasana yürüşlər edib qarətlər törədirdi. 
Səfəvi dövlətindəki yaranmış vəziyyətdən istifadə edərək 
Osmanlı sultanı I Süleyman da yürüşlərə başladı. Azərbaycan 
Səfəvilər dövləti Şərqdə özbəklərlə, Qərbdə isə Osmanlı 
Türkiyəsi ilə müharibə etmək məcburiyyətində qalmışdı. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin