Nizami SÜleymanov


I Sultan Süleymanın Azə rbaycana birinci yürüşü



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə17/55
tarix27.11.2022
ölçüsü1,93 Mb.
#70814
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   55
DERSL-K-1501-1736

I Sultan Süleymanın Azə rbaycana birinci yürüşü.
1534-cü ilin yayında Sultan Süleyman Qızılbaş qoşununun 
Xorasana özbək Übeydulla xanın basqınına qarşı getməsindən 
istifadə edərək Üləma bəy Təkəlinin təhriki ilə Azərbaycan 
üzərinə yürüşə başladı. Ordunun ön dəstələrinə 90 min nəfərlik 
qoşunla baş vəzir İbrahim paşa rəhbərlik edirdi. Üləma bəy də 
10 min nəfərlik qoşunla irəlidə gedirdi.
Heç şübhəsiz Osmanlı sultanının yürüşü Üləma bəy və 
Şərəf xan arasında baş verən çəkişmələr deyildi. Osmanlı sul-
tanı Şərqlə Qərb arasında mühüm ticarət mərkəzlərindən olan 
Bağdad şəhərini, Ərəb İraqını və İran körfəzini ələ keçirdikdən 
sonra Səfəvi dövlətinə ciddi zərbə vurmaq istəyirdi. Ərəb 
İraqının və Bəsrə körfəzinin ələ keçirilməsi Osmanlılara Hind 
okeanına çıxışla bərabər Qırmızı dənizdəki Portuqaliya təh-
lükəsini aradan qaldırırdı.
Osmanlı yürüşü zamanı bəzi qızılbaş əyanları da osman-
lıların tərəfinə keçdilər. İbrahim paşanın qüvvələri 1534-cü il 
iyun ayının 13-də Təbrizə daxil oldular. Sultan Süleyman isə 
əsas ordu hissələri ilə sentyabrın 27-də Təbrizə gəldilər. 
İbrahim paşa Üləma Təkəlini Azərbaycan bəylərbəyi təyin etdi.
O, Üləmanı Ərdəbilə, Xosrov paşanı isə Ə lincə üzərinə 
göndərdi. 
Osmanlı yürüşü haqqında xəbər tutan I Şah Təhmasib 
qardaşı Sam Mirzəni Heratda qoyub geri qayıtdı. 
Şah Xorasandan Reyə, oradan isə Qəzvinə gəldi. Qəzvin-
dən Əbhərə hərəkət etdi. Şah Təhmasib Osmanlı ordusu ilə qar-
şılaşmır, onların keçdiyi ərazilərdə ərzaq ehyiyatlarını gizlədir, 
otlaqları məhv edir, onları ərzaq çatışmamazlığı ilə qarşılaş-
dırırdı. Həmçinin osmanlılara qarşı əhali də güclü müqavimət 
göstərirdi. 
Sultan Süleyman İ Şah Təhmasibə göndərdiyi məktubda 
onu qorxaqlıqda təqsirləndirıb döyüşə başlamağı təkid etsə də I 


45 
Şah Təhmasib osmanlıların sayca çox olmasını nəzərə alaraq, 
əsaslı döyüşdən çəkinir, tətbiq etdiyi döyüş taktikasını davam 
etdirirdi. 
Sultan Süleymanın Sultaniyyəyə catması qızılbaş əmirləri 
arasında çaşqınlıq yaratdı. Məhəmməd xan Zülqədər oğlu, 
Hüseyn xan Təkəli və başqaları osmanlı tərəfə keçdilər. Payızın 
sonunda Sultaniyyə ərazisinə güclü qar yağması, havanın 
soyuması, ərzaq çatışmamazlığı nəticəsində osmanlılar böyük 
itkilər verdilər. Sultan qışlamaq üçün Bağdad istiqamətində geri 
çəkildi. Üləmanı isə Təbrizə göndərdi. Sultanın Bağdada doğru 
getməsindən xəbər tutan I Şah Təhmasib Təbriz istiqamətində 
irəlilədi. Sultan şahın gəldiyini eşidib Van qalasına çəkildi. Van 
qalasını mühasirədə saxlayan I Şah Təhmasib qardaşı Sam 
Mirzənin xəyanət edərək düşmən tərəfə keçməsi haqqında 
məlumat aldıqda mühasirədən əl çəkərək geri çəkildi. 
Sultan Süleyman böyük çətinliklə Bağdada çatdı. Həmin 
ilin qışını Bağdadda keçirdi. Ərəb İraqında osmanlı idarə sis-
temi yaradıldı. Beləliklə Ərəb İraqı osmanlı dövlətinin 
tabeliyinə keçdi. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin