48
1552-ci ilin əvvəllərində Ərzurum hakimi İskəndər paşa-
nın Səfəvi ərazisinə soxulması, Xoyu, Çuxursədi talan etməsi,
Qızılbaş əmirlərinə hədələyici məktubları qızılbaşların yeni
hücumuna səbəb oldu. İsmayıl Mirzənin başçılığı ilə qızılbaş
ordusu Ərzurum qalası yaxınlığında osmanlı qoşununu darma-
dağın etdi və lovğa İskəndər paşa öldürüldü.
I Şah Təhmasib osmanlıların gələcəkdə yürüşlərinin
qarşısını almaq, Şərqi Anadoluda qarətlər, talanlar törətməklə
bu bölgəni keçilməz həddə gətirmək və nəhayət osmanlıları
sülh bağlamağa məcbur etmək üçün özü Kürdüstanda osmanlı
sərhəddinə yürüşlər etdi.
Dostları ilə paylaş: