Nizami SÜleymanov


§ 3.3. Şeybanilərin Səfəvilərin ərazilərinə basqınları



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə21/55
tarix27.11.2022
ölçüsü1,93 Mb.
#70814
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   55
DERSL-K-1501-1736

 
§ 3.3. Şeybanilərin Səfəvilərin ərazilərinə basqınları 
XVI əsrin əvvəllərində Məhəmməd Şeybani xan bütün 
Xorasanı ələ keçirməyə çalışsa da özbəklər yalnız Xorasanın 
şimal-şərq hissəsində – Bəlx vilayətində möhkəmlənə bildilər. 
Herat, Məşhəd və Mərv vilayətləri isə yenə də Səfəvilərin 
hakimiyyəti altında qaldı. Orta Asiyanın sünni ruhaniləri Şey-
bani dövlətini müdafiə edir, qızılbaşlara qarşı müharibəni “mü-
qəddəs” müharibə adlandırırdılar.
I Şah İsmayılın ölümündən sonra qızılbaş əmirləri ara-
sında hakimiyyətdə nüfuz dairəsi uğrunda feodal ara mühari-
bələrindən istifadə edən Şeybani hökmdarı Übeydulla xan (Mə-
həmməd Şeybani xanın oğlu) Xorasan üzərinə basqınlara 
başladı. 
Übeydulla xan tərəfindən 1524-cü ildə Herat üzərinə 
basqının qarşısı Xorasan bəylərbəyi Durmuş xan tərəfindən 
alındı. 1526-cı ildə Durmuş xanın ölümündən sonra Übeydulla 
xan yenidən Xorasan ərazilərinə hücum edərək Tus şəhərini və 


52 
Astrabadı ələ keçirdi. 1527-ci ildə özbəklər Heratı mühasirəyə 
aldılar. Herat 7 ay mühasirədə qaldı. I Şah Təhmasibin yaxın-
laşması haqqında xəbər tutan Übeydulla xan mühasirədən əl 
çəkdi. Tərəflər arasında Cam vilayətində Sarıqamış adlanan 
yerdə böyük döyüş baş verdi. Ö zbək qoşunu məğlubiyyətə uğ-
radı, Übeydulla xan qaça bildi. I Şah Təhmasib geri qayıtdıqdan 
sonra 1529-cu ildə Übeydulla xan yenidən hücum edərək 
Məşhədi və Heratı tutdu. 1529-cu ilin sonunda I Şah Təhmasib 
70 minlik ordu ilə Xorasana qayıtdı. Özbəkləri Xorasandan 
çıxararaq qardaşı Bəhram Mirzəni lələsi Qazi xan Təkəli ilə 
Xorasan hakimi təyin etdi. I Şah Təhmasibin başı Üləma bəy 
Təkəlinin üsyanını yatırmağa qarışdığı vaxt Übeydulla xan 
yenidən 1531-ci ildə Xorasana basqın etdi. Məşhədi tutub, 
Heratı mühasirəyə aldı. Herat il yarım özbəklərin qoşunu 
tərəfindən mühasirədə saxlanıldı. Lakin 1532-ci ilin sonunda I 
Şah Təhmasibin Xorasana qayıtması Übeydulla xanı Xorasanın 
mühasirəsindən geri çəkilməyə məcbur etdi. 
1534-cü ildə vəkil Hüseyn xan Şamlının öldürülməsi 
qızılbaş tayfaları arasında yeni çəkişmələrə səbəb oldu. Şamlı 
tayfası mərkəzi hakimiyyətə qarşı üsyan qaldırdı. Xorasanda 
yaranmış hərc-mərclikdən istifadə edən özbəklər yenidən yü-
rüşlərə başladılar. Herat ərazisinə daxil olan özbəklər 1535-ci il 
may ayının 22-də baş vermiş döyüşdə qızılbaş qoşununu 
darmadağın etdilər. 
Məşhədi mühasirəyə alan özbəklər 1536-cı il yanvar 
ayının 13-də Nişapur ərazisində qızılbaşları məğlubiyyətə uğ-
radaraq Məşhəd hakimi Sufiyan Xəlifəni öldürdülər. 1536 -cı il 
martın 11-də Übeydulla xan Heratı mühasirəyə aldı, beş ay
davam edən mühasirədən sonra şəhər ələ keçirildi. 
Bir ildən artıq Herat qalasında qalan özbəklər 1537-ci il
yanvarın 29-da I Şah Təhmasibin Xorasana gəlməsi ilə geri 
çəkilərək Buxaraya qayıtdılar. Heratda yenə də Səfəvilərin 
hakimiyyəti bərpa olundu. 


53 
Übeydulla xan 1539-1540-cı illərdə Xorasana uğursuz 
yürüşlərindən sonra xəstələnib öldü. 1540-cı illərdə Xarəzm 
hakimləri Səfəvilərlə yaxınlaşsa da, bu özbək xanlarının Xora-
san ərazisinə yürüşünü dayandırmadı. Osmanlı dövləti Səfəvi 
dövlətinə qarşı mübarizədə özbək xanlarından istifadə etmək 
məqsədi ilə onlarla əlaqə saxlayıb onları qızılbaş ərazisinə 
yürüşə təhrik edirdi. 1543, 1545, 1548,1550, 1555, 1558, 1559-
1560, 1563-1564, 1566-1567, 1569-1570-ci illərdə özbək xan-
larının Xorasan ərazisinə basqınları davam etsə də, bu yürüşlər 
uğursuzluqlarla nəticələnmişdi. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin