Nizami SÜleymanov


I Sultan Süleymanın Azərbaycana dordüncü yürüşü



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə20/55
tarix27.11.2022
ölçüsü1,93 Mb.
#70814
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   55
DERSL-K-1501-1736

I Sultan Süleymanın Azərbaycana dordüncü yürüşü.
Şah Təhmasibin həyata keçirdiyi tədbirlər Sultan Süleymanın 
yenidən yürüşünə səbəb oldu. O, Azərbaycana yürüş ərəfəsində 
I Şah Təhmasibə təhdid məktubu göndərərək yürüşə keçəcəyini 
bildirdi. Sultan bir sıra osmanlı hakimlərinə sultana qoşulmaq 
üçün öz dəstələri ilə Xarputda hazır olmalarını tələb etdi. Kür-
düstan bəylərinə də hazır olmaları üçün fərmanlar göndərdi. 
I Şah Təhmasib Sultan Süleymanın yürüşə başlamasının 
qarşısını almaq üçün 1553-cü ilin avqust ayında barış təklifi ilə 
Seyyid Şəmsəddin Dilicanı İstanbula göndərdi. 1553-cü ilin 
dekabrında Səfəvi elçisi I Şah Təhmasibə Osmanlı Sultanının 
məktubunu təqdim edti. Məktubda Sultan Süleymanın şaha 
kifayət qədər ehtiram göstərməməsinə cavab olaraq İsmayıl 
Mirzənin rəhbərliyi ilə qızılbaş qoşunu Kürdüstana qarətedici 
yürüşlər etdi. 1554-cü ilin yazında Sultan Süleyman böyük 
ordu ilə Naxçıvan istiqamətində hücum edərək Naxçıvanı tutdu. 
I Şah Təhmasib əvvəlki döyüş taktikasından istifadə edərək 
geri çəkildi. Lakin qızılbaş dəstələri aramsız olaraq osmanlı 
qoşunu üzərinə qəfil hücuma keçərək zərbələr endirirdilər. 
Qızılbaşların osmanlıların hərəkət etdiyi yollarda onlar üzərinə 
gözlənilməz basqınları və ərzaq çatışmamazlığı Sultanı geri 
çəkilməyə vadar etdi. Osmanlı ordusu geri çəkilən zaman 
qızılbaş ordusu onları təqib edib, Osmanlı ərazisinə daxil 


49 
oldular. Baş verən döyüşdə Osmanlı dəstələri ağır məğlubiy-
yətə uğradı və Sultanın yaxın adamlarından olan Sinan bəy əsir 
alındı.
Sultan Süleyman eyni vaxtda Azərbaycana Şimal tərəfdən 
zərbə vurmağı planlaşdırmışdı. O, Şirvanşahlar nəslindən olan 
Qasım Mirzəni Kəffəyə (Krıma) göndərmış, Dağıstanda Kumık 
və Qaytaq hakimlərinə onunla birləşərək Şirvan istiqamətində 
hücum etmələri haqqında göstərış vermişdi. Səfəvilərin əsas 
qüvvələri osmanlılarla müharibəyə cəlb olunduğundan Şirvan 
bəylərbəyi Abdulla xan Ustaclının sərəncamında az qüvvə 
qalmışdı. Ona görə də Qasım Mirzə asanlıqla irəliləyərək 
Buğurd qalasını ələ keçirdi. Gülüstan qalası ətrafında baş 
vermiş döyüşdə Qasım Mirzənin qüvvələri ciddi məğlubiyyətə 
uğrayıb geri qaçdılar.
Beləliklə, Osmanlı Sultanı Azərbaycanı işğal etməyin 
mümkün olmadığını görüb, Səfəvilərin dəfələrlə təklif etdiyi 
sülh danışıqlarına başlamağa razı oldu və baş vəzir Mehmet 
paşaya bu haqda göstəriş verdi. Mehmet paşa məktub göndə-
rərək Sinan bəyi azad etməyi və onunla danışıq aparmaq üçün 
nümayəndələrini göndərməyi xahiş etdi. Sinan bəylə gələn 
Qorçibaşı Şahqulu ağa Qacar I Şah Təhmasibin məktubunu 
1554-cü il sentyabrın 26-da Ərzurumda Sultan Süleymana 
təqdim etdi. Sultan Süleyman elçini hörmətlə qarşıladı və I Şah 
Təhmasibə yazdığı məktubla geri yola saldı. Hər iki dövlət sülh 
müqaviləsinə hazırlıq işlərinə başladılar. 
Şahqulu ağa Qacar geri döndükdən sonra eşikağası Kəma-
ləddin Fərruxzad Amasiyaya göndərildi. Osmanlı baş vəziri ona 
ziyafət verdi. 1555-ci il may ayının 21-də Sultanın yanında 
toplanan Divanda Səfəvi elçisinin gətirdiyi hədiyyələr təqdim 
edildi. Osmanlı vəzirləri ilə Səfəvi elçisi arasında sülhün 
şərtləri müzakirə olundu. İki dövlət arasında sərhəd son 
Osmanlı hücumu əsas götürülməklə müəyyən olundu. 1555-ci 
il may ayının 29-da Səfəvi dövləti ilə Osmanlı dövləti arasında 
sülh müqaviləsi imzalandı. Sülhə görə Qərbi Gürcüstan–


50 
İmeteriya, Menqreliya, Quriya Osmanlı Türkiyəsinin təsiri 
altına keçdi. Şərqi Gürcüstan–Mesxiya, Kartliya, Kaxetiya 
Səfəvi dövlətinin təsiri altına düşdü. Qars vilayəti boşaldılmış 
ərazi kimi tanındı və qərara alındı ki, oranın əhalisi köçürülsün. 
Bağdad da daxil olmaqla Ərəb İraqı Osmanlıların əlində qaldı.
Amasiya sülh müqaviləsi nəticəsində Ərəb İraqı, Şərqi 
Anadolu və Gürcüstanın qərb vilayətləri Osmanlıların təsiri 
altına düşsə də bu sülh I Təhmasibin böyük qələbəsi idi. Ama-
siya sülhü ilə Osmanlı və Səfəvi dövlətləri arasında 41 il davam 
edən düşmənçiliyə son qoyuldu. Səfəvi dövlətini Osmanlı 
dövləti rəsmən tanıdı. 
XV əsrdə sərhədləri Avropa, Asiya və Afrika qitələrini 
əhatə etməklə böyük canlı qüvvə və maddi ehtiyatlara, güclü 
hərbi potensiala malik Osmanlı dövləti qüdrətli dövrünü yaşa-
yırdı. Bu baxımdan Səfəvi dövləti üçün Osmanlı imperiyası ilə 
müharibə aparmaq çox təhlükəli idi. Nəzərə alınsa ki, Səfəvilər 
tez-tez hər iki cəbhədə, həm Osmanlılarla, həm də arası kə-
silmədən Xorasanda özbəklərin hücumlarına qarşı müharibələr 
aparırdılar. Belə bir şəraitdə Amasiya sülhünün bağlanması I 
Şah Təhmasibin uğuru idi.
1555-ci ildə, Amasiya sülh müqaviləsindən sonra I Şah 
Təhmasib dövlətin paytaxtını Təbrizdən Qəzvinə köçür-dü. Bu 
Osmanlı dövlətinin yürüşləri zamanı Təbrizin hər dəfə Osmanlı 
işğalı altına düşməsi ilə əlaqədar idi. 
Tərəflər arasında sülh şəraiti yaranandan bir neçə il sonra
Sultan Süleymanın oğlu Bəyazid atasına qarşı üsyan qaldırmış, 
lakin məğlub olub Çuxursəd istiqamətində geri çəkilmiş və 
1559-cu ilin sonunda Qəzvinə gələrək I Şah Təhmasibə sığın-
mışdı. I Şah Təhmasib bu imkandan faydalanmaq məqsədi ilə 
Bəyazidin qaytarılması müqabilində Bağdadı Osmanlıdan geri 
almaq istəyirdı. Osmanlı sultanı bu təklifi qəbul etmirdi və 
Bəyazidin qaytarılmasını tələb edirdi. 
1562-ci ilin iyulunda Van hakimi Xosrov paşanın başçı-
lığı ilə Qəzvinə Bəyazidin qaytarılması tələbi ilə böyük bir elçi 


51 
heyəti gəldi. Osmanlılarla yeni müharibə təhlükəsindən ehtiyat 
edən İ Şah Təhmasib Bəyazidi və onun dörd oğlunu elçilərə 
təhvil verdi. Onlar oradaca edam edilərək cəsədləri Osmanlı 
dövlətinə aparıldı. Bəyazidin cənazəsini aparan osmanlı nüma-
yəndələri Qəzvinin küçələrində əhali tərəfindən daşa tutulurdu. 
Bəyazidin Bursada gizlədilmiş 5 yaşlı oğlunu da Sultan 
Süleymanın cəsusları boğub öldürdülər. Beləliklə, Bəyazidin I 
Sultan Süleymanın adamlarına verilməsi iki dövlət arasında baş 
verə biləcək yeni çəkişməni aradan qaldırdı.
I Sultan Süleymanın ölümündən (1566-cı il) sonra da iki 
dövlət arasında dinc münasibətlər davam etmişdir. I Şah 
Təhmasib II Səlim (1566-1574) və II Muradın (1574-1595) 
cüluslarını təbrik etmək üçün 1567-ci ildə Şahqulu xan Us-
taclını qiymətli hədiyyələrlə Ədirnəyə və 1575-ci ildə Toxmaq 
xan Ustaclını İstanbula göndərmişdi. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin