200
XVI-XVII əsrlərdə Təbriz, Şamaxı, Bakı, Ərdəbil,
Gəncə
və Naxçıvan şəhərlərində bir sıra məscid, hamam, bazar və
karvansaralar tikilmişdi.
XVI-XVII əsrlərdə musiqi cəmiyyət həyatında getdikcə
çox yer tutmaqda idi. Həmin dövrün
musiqiçilərindən Hafiz
Haşım (müğənni), kamança və ud çalan Mirzə Məhərrəm, ud
çalan Məhəmməd Mömin, dördtelli
tanbur çalan Şahsuvar,
Kamançeyi Məsum, tanbur çalanlardan ustad Sultan və Mirzə
Həsən, müğənni və kanon çalan təbrizli Hafiz Məclisi və
başqaları məşhur idilər.
XVI-XVII əsrlərdə Azərbaycan
mədəniyyəti dolğun
inkişaf yolu keçmiş, Səfəvi dövlətində yaşayan digər xalqların
da mədəni inkişafında dəyərli rol oynamışdır.