199
şəhərinin inkişafı, 1555-ci ildə Qəzvin şəhərinin paytaxta
çevrilməsi nəticəsində burada şəhər salma tədbirləri sayəsində
aparılan tikinti işləri memarlığın inkişafında bir sıra yeni
cəhətlərin meydana gəlməsinə səbəb olurdu.
XVI əsrdə Aəzrbaycanda memarlıq bədii yaradıcılığın
başqa sahələri ilə sıx əlaqədə idi. Memar-xəttat, şair-rəssam,
şair-musiqiçi kimi fəaliyyət sahələri yaranmışdı. Miniatürçü
rəssam, nəqqaş, həkkak, xəttat memarlıq abidələrinin inşasında
memarların yardımçısı kimi fəaliyyət göstərirdilər. Bu dövrdə
Azərbaycanda
“İmamzadə
” adlanan memarlıq növü yaran-
mışdı. Bu memarlıq növü xanəgah komplekslərini əvəz edirdi.
Dövrün ən iri dini-xatirə kompleksi Ərdəbildə yerləşirdi.
Şeyx Səfiəddinin Ərdəbil kompleksinin əsası XIV əsrdə
qoyulmuş, XV əsrdə qübbəvari məqbərə görkəmini almışdı.
XVI əsrdə Şeyx Səfi məqbərəsi iri memarlıq kompleksinə
çevrilmişdi. Kompleksə məqbərənin yanında tikilmiş məscid,
Dostları ilə paylaş: