Normativ hüquqi aktın rəsmi dərc edilmə müddətləri
Qanunlar və fərmanlar
Azərbaycan Respublikasının
Prezidenti tərəfindən
imzalandıqdan sonra 72 saat müddətində rəsmi dərc
edilməlidir.
AR Nazirlər Kabinetinin qərarları
Qəbul edildikdən sonra 72
saat müddətində rəsmi dərc
edilməlidir.
Digər normativ hüquqi aktlar
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsindən sonra
hökmən rəsmi dərc edilməlidir.
Yuxarıdakılar istisna olmaqla
Səlahiyyətli dövlət orqanlarından
rəsmi nəşr orqanlarına daxil
olmuş
normativ hüquqi aktlar
Onların daxil olduğu gündən 5
gündən gec olmayaraq dərc
edilməlidir.
Normativ hüquqi akt onun mətnində digər hal nəzərdə tutulmadıqda
müddətsiz
qüvvədədir.
*** Normativ hüquqi aktların qüvvəsi, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının
vətəndaşlarına
və hüquqi şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbi
vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə şamil edilir.
Normativ hüquqi aktın qüvvəsinin itirilməsi:
1) normativ hüquqi aktın (onun struktur elementinin) tətbiqi müddəti başa çatdıqda;
2) normativ hüquqi akt (onun struktur elementi) Azərbaycan Respublikasının Konstitusiyası və digər
qanunvericilik aktları ilə nəzərdə tutulan hallarda ləğv edildikdə;
3) normativ hüquqi akt Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş hallarla əlaqədar
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı ilə qüvvədən düşmüş hesab edildikdə.
Normativ hüquqi aktların icrasına nəzarət və yoxlanılması
normayaratma orqanları
(vəzifəli şəxslər) və
müvafiq normativ hüquqi aktlarla
nəzərdə tutulmuş
xüsusi orqanlar
(şəxslər) tərəfindən həyata keçirilir.