№16. DNQQ-lərin sahil və sahilyanı tikinti zonalarından çıxarılması
DNQQ-lərin tikinti zonasından çıxarılması bu cür dəniz qurğularının gələcək işlərinin əsas mərhələsidir. Bu əməliyyat qurğunun istismar nöqtəsinə çatdırılmasının ən vacib əməliyyatlarından biri sayılır. Ona görə də bu işlərin görülməsi vacib əməliyyatlar sırasına daxildir. DNQQ-nin tikinti zonasına çıxarılması bir sıra əməliyyatlarla xarakterizə edilir:
1.tikinti zonası su ilə doldurularaq qurulmuş DNQQ və onun elementlərinə müsbət üzmə qabiliyyətinin verilməsi əməliyyatı.
Göstərdiyimiz DNQQ-nin qurulması katlavanlarda qurulması aparılır. Tikinti işləri tamamlandıqdan sonra katlavan kiçik sürətlə su ilə doldurulur. Bu zaman DNQQ-nin bünövrə blokunda boşluqlar kip bağlanır. Suyun katlavana doldurulması qurğunun alt hissəsi dib müstəvisindən ayrılmasına qədər aparılır. Katlavandakı su səviyyəsi o ölçüyə qədər qaldırılır ki, bu zaman qurğuda təklükəli əyilmə baş verməsin.
Ş16.1
Təhlükəli əyilməni aradan qaldırmaq məqsədi ilə bünövrə blokunun içərisindəki ballast tutumlarının boşluqlarından əyilmə bucağının əksində yerləşən boşluqlar su ilə doldurulur. Suyun doldurulması əyilmə bucağının 0 qiymətinə qədər davam edir.
№17. LAM tipli iribloklu özüllər.
LAM tipli özül düzbucaqlı tikinti sahəsi olub ölçüləri 18x40 m olan düzbucaqlı istehsal sahəsidir. Bu özül ilk dəfə dayaz sularda quraşdırıldığı üçün bir dayaqlı hazırlanmış olur, dərin sularda isə dayaqların sayı artırılır. Bu blok 6 ədəd 4 dayaqlı bloklardan ibarətdir. Hər blokun ölçüsü 8x8 m-dir. Konstruksiyalarına görə LAM-1 və LAM-2 olur.
Ş.17.1
8 metrlik blokların aralarını xüsusi nastillər vasitəsilə örtüllər. Dayaq blokları nastillər yerləşdirilməzdən əvvəl xüsusi borular vasitəsilə birləşdirilir. Yaşayış blokları əsas blokdan 30 m kənarda quraşdırılmış bir dayaq bloku üzərində yerləşdirilmiş olur. Yaşayış bloku əsas blokla körpücük vasitəsilə birləşdirilir. Əgər LAM tipli özül bloku fəza şəbəkə kostruksiyalı olub, 4 dayaq dirsəyindən ibarətdir. Onların üst hissəsi fermalar vasitəsilə bir-birinə birləşdirilib, alt hissəsi isə diaqonal əlaqələr və borularla təchiz edilib. Dayaqlar quruluşuna görə teleskopik olub, bir-birinin içərisinə yerləşdirilmiş müxtəlif borulardan ibarətdir. Dayağın iç borusu eyni zamanda blokun dayağını təmin edir ki, onun ucunda dibə oturan dabancıq (başmaq) mövcuddur. Dəniz dibinə vurulan dayağın 11 m, 20 m-i isə dərinliyə vurulur.
Ş.17.2
LAM tipli bloklar planda sahəsi 8x8 m olur. Hündürlüyü isə dənizin dərinliyindən asılı olaraq seçilir. Ona görə də LAM-1 və LAM-2 hazırlanır.