Nqhq tikintisi və istismarı


№24. Blok şəklində hazırlanmış bünövrələrin dəniz dibində yerləşdirilməsi



Yüklə 297,09 Kb.
səhifə20/30
tarix07.01.2024
ölçüsü297,09 Kb.
#211311
1   ...   16   17   18   19   20   21   22   23   ...   30
C fakepathmühazir Tikinti-istismar

№24. Blok şəklində hazırlanmış bünövrələrin dəniz dibində yerləşdirilməsi.


Hazırlanmış bünövrə blokları dəniz dibində yerləşdirilməsi 2 cür həyata keçirilir: ola bilsin ki, bünövrə bir başa hazırlanmış qrunta otuzdurulur, ola bilsin ki, bünövrə bloku dəniz dibində hazırlanmış blokaltı konstruksiyanın üzərində yerləşmiş olsun.

Şəkil. 24.1
1.dayaq bloku, 2.bərə, 3.kran gəmisi. DNQQ-nin bünövrəsinin gəmi kranı ilə yerləşdirilmə sxemi.

Ş.24.2.
Sütun tipli forması olan DNQQ-lərin aparıcı özüllərinin yerləşdirilməsi üçün konstruksiyaların sxemi. a)dəmir-betondan hazırlanmış monolit bünövrə. Bu bünövrə bərələrdən sualtı kameralarla müşahidə edilməklə dəniz dibinə yerləşdirilir. Bu bünövrə qurğusunun orta hissəsində nəhəng ölçülü çiv (ştiv) yerləşdirilir. Bu çivin üzərinə bünövrənin yerləşdirilməsi bitdikdən sonra üzərinə xüsusi 3 qurğusu (sütunu bünövrə ilə bitləşdirən qurğu) yerləşdirilir. Bu qurğu elə yerləşdirilmişdir ki, sütunun əyilməsinə və fırlanmasına icazə versin. Çivlə 3 qurğusu arasında elastik doldurucu yerləşdirilir ki, bu doldurucu dalğa, külək və digər xarici təsirlərdən yaranan zərbələri udmağa yardımcı olur. 5 kalondur. b) şəkilində göründüyü kimi bünövrə blokunun gövdəsində 3 boşluqları mövcuddur ki, bu boşluqlar bünövrə dibə oturduqdan sonra xüsusi gəmilər vasitəsilə ballaslaşdırılır. Əgər DNQQ-nin quruluşu çox dayaqlıdırsa, burada görülən sualtı işlər qismən mürəkkəbləşmiş olur.

A şəkilində 1 2 3 dayaqları dəniz dibində mərkəzlər arası məsafələrin dəqiq saxlanması ilə yerləşdirilməlidir. Bu şərt bünövrə bloklarının üzərinə dayaq elementlərinin yerləşdirilməsinin əsas şərtidir. Hər bir bünövrənin sualtındakı yerləşdirilməsi nöqtəsi təyin edildikdən sonra gəmi kranları vasitəsilə bərədən blok götürülən andan gəmi gövdəsində yerləşdirilmiş sualtı müşahidə avadanlıqlarının köməyi ilə dəniz dibinə otuzdurulana qədər müşahidə olunur. Gəmi kranları bünövrələrin yerləşmə nöqtələri arasında elə yerləşir ki, onun qaldırıcı oxu hər bir nöqtəyə çata bilsin.




Yüklə 297,09 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin