Nqhq tikintisi və istismarı


№22. DNQQ-lərin sahil və ya sahilyanı tikiniti zonalarından çıxarılması



Yüklə 297,09 Kb.
səhifə18/30
tarix07.01.2024
ölçüsü297,09 Kb.
#211311
1   ...   14   15   16   17   18   19   20   21   ...   30
C fakepathmühazir Tikinti-istismar

№22. DNQQ-lərin sahil və ya sahilyanı tikiniti zonalarından çıxarılması.


DNQQ-lərin tikilməsinin əsas amili onların hazırlandıqdan sonra quraşdırılma nöqtəsinə nəql edilməsidir. Belə ki hazırlanmış qurğu nəql edilməzsə, onun gələcəkdə istismar edilməsi mümkün olmaz. Bu əməliyyat açıq dəniz şəraitində aparıldığı üçün ən ağır (dəniz-hidrometeroloji şəraitinə görə) əməliyyatdır. Bu əməliyyat dəniz donanmaası mütəxəssisləri tərəfindən həyata keçirilir. Buna baxmayaraq dəniz hidrotexniki qurğular üzrə mütəxəssisinin bu əməliyyatın aparılma qaydalarından məlumatlı olmalıdır. İlk öncə qeyd edək ki, istənilən üsulla DNQQ-nin nəql olunması özündə aşağıdakı əməliyyatları cəmləşdirir:

1.DNQQ-nin dəniz şəraitində nəqlə hazırlanması.
2.DNQQ-lərin yedəyə alınması (gödək, uzun yedək, DNQQ-lərin ballaslaşdırılması).
3.DNQQ-nin quraşdırılma nöqtəsində qurulması.
I. Hazırlanmış DNQQ 7-ci sahil tikinti zonasında üst tikililəri quraşdırıldıqdan sonra onun nəqlə hazırlanması əməliyyatları özündə qurğunun ağırlıq mərkəzinin təyin edilməsi, qayaq blokaları arasındakı məsafənin ölçülməsi, su tutumu və meto mərkəzlərin təyin edilməsi əməliyyatlarını birləşdirir.
II. Nəql olunma vasitəsindən asılı olaraq dəniz əməliyyatının keçiriliməsinin növbəti mərhələsi yedək gəmilərinin sayının, xidmət gəmilərinin sayının, yedək gəmilərinin planda yerləşdirilməsi, yedək kanatının uzunluğunun və diametrinin təyin olunmasından ibarətdir. Yedəkləmə ən çətin dəniz əməliyyatlarından hesab edilir. Belə ki, qravitasiya tipli DNQQ-nin üzərək nəql edilməsi bir neçə yedək gəmisi ilə (işlərinin sinxronizə edilməsi şərtində) elə dartıcı qüvvə yaratmaq lazımdır ki, qiyməti 10000 t-a bərabər olsun. Ona görə nəql etməzdən əvvəl nəql etmə layihəsi tərtib edilir, buraya konkret DNQQ-nin yedəkləmə üsulu ilə bütün xüsusiyyətləri təyin edilir.
Şəkildən göründüyü kimi DNQQ-lərin su kütləsini dəf etməsi üçün onlar hər hansı bir v sürəti ilə hərəkət etməlidirlər ki, bu sürət müvafiq olaraq h1, h2, h3 sahələrində formalaşmalıdır. Ən böyük müqavimət h3, ən kiçik isə h1 dərinliklərində baş verir. DNQQ-lərin dənizdə nəqli zamanı elə sürət seçilməlidir ki, bu sürət müvafiq su kütləsinin müqavimətini dəf edə bilsin. (Dənizdə sürət – dəniz düyünü).

Ş.22.1
Bu şəkildə, A və B sxemləri qapalı dəniz akvatoriyasından DNQQ-lərin açıq dənizə çıxarılması sxemidir. A) bir yedək gəmisi, B) iki yedək gəmisi vasitəsilə, C) DNQQ-lərin açıq dəniz şəraitində nəql edilməsi sxemidir. A şəkilində göründüyü kimi qapalı ərazidən çıxarılan DNQQ-nin ağırlığı onu bir yedək gəmisi ilə çıxarılmasına imkan verir. Şəkildən göründüyü kimi DNQQ-nin çıxarılma zamanı onun üfüqi yerdəyişməsinin qarşısını almaq üçün lövbər birləşmələrindən istifadə edilir. Ən vacib məsələlərdən biri dartıcı kanatın (lövbər zənciri) A şəkilindı göründüyü kimi 1, 2, 3 knext qurğusuna qoşulur. B şəkilində DNQQ-nin qapalı ərazidən 2 yedək gəmisi ilə çıxarılması sxemi göstrəilmişdir. Bu çıxarılma növündə də lövbər sistem ilə sahillə əlaqəlidir.

Ş.22.2
DNQQ açıq dənizə çıxarıldıqdan sonra onun bir neçə nəql etmə üsulları mövcuddur. D şəkilində 2 dənə yedək gəmisi, 4 kiçik gücə malik yedək gəmisi olur. E-də 3 böyük yedək gəmisi, 2 kiçik yedək olur.
Baxdığımız QTP-lərin nəqli üsulları istənilən hal üçün şaquli olaraq saxlanmış vəziyyətdə nəql olunurlar ki, quraşdırılma nöqtəsinə gəldikdə onların ballast həcmləri su ilə doldurularaq qurğunun şaquli vəziyyətini saxlamaqla dəniz dibinə endirilib bərkidilir. Çubuqvari sistemlərdən ibarət olan dayaq blokları və ya istənilən DNQQ həm bərə ilə, həm də sərbəst batırılmış şəkildə nəql oluna bilər. Bərə ilə nəql olunan çubuq sistemli DNQQ-lərin quraşdırılma nöqtəsinə çatdırılması da dəniz əməliyyatı olduğundan onların nəqlində müşaiyət gəmiləri istifadə olunur. Əgər çubuq sistemli DNQQ suya batırılmış şəkildə nəql olunursa, onun nəql olunması yedək gəmiləri vasitəsilə həyata keçirilir. Çubuq sistemli DNQQ-lərin yığılması zamanı böyük diametrli borulardan istifadə olunduğu üçün suya endirildikdə o, suda nisbətən batmış vəziyyət alır. Bu vəziyyəti müsbət üzgüçülük vəziyyətinə gətirib çıxarmaq üçün onlar pantonlar vasitəsilə təmin edilir. Belə ki, DNQQ-lərin çubuq sistemli bölümlərinin ağırlığının dəyiş həddi 1000–5000 olması onların bir və ya iki yedək gəmisi ilə nəql olunmasına səbəb olur.

Yüklə 297,09 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin