Nuklein turşularının kimyası, funksiyaları. Nuklein turşularının hidroliz olunmasından alınan məhsullar. Purin, pirimidin əsasları



Yüklə 345 Kb.
səhifə2/3
tarix07.06.2020
ölçüsü345 Kb.
#31849
1   2   3
nuklein turşuları

ribozadezoksiriboza tapılmışdır.



Formullarından göründüyü kimi, bu şəkərlərin hər ikisi -konfiqura­si­ya­lı­dır. Nuklein turşuları tərkiblərində olan pentozanın növünə görə, iki qrupa bölünürlər: tərkibində riboza daxil olanlar – ribenuklein turşuları (RNT), dezoksiriboza daxil olanlar isə dezoksiribonuklein turşuları (DNT) adlanırlar. Onu da qeyd etmək lazımdır ki, nuklein turşularının nukleotidlərin əmələ gəlməsi ilə gedən hidrolizin qələvi məhlullarının təsiri ilə gedir. Məsələn NaOH və ya KOH-ın məhlulu ilə 18 saat müddətində, otaq temperaturu şəraitində nuklein turşularına təsir etdikdə, daha doğrusu ribonuklein turşularına onlar ribonidnukleotidlərə parçalanırlar. Ribonuklein turşularından fərqli olaraq dezoksiribonuklein turşuları qələvi məhlullarına davamlı olur. Dezoksiribonuklein turşularının hidrolizi yalnız onların bioloji katalizatorun – dezoksiribonukleozanın təsiri ilə gedir.

Mineral və üzvi turşuların təsiri nəticəsində nuklein turşularının tam hidrolizi gedir, bu zaman purin və pirimidin əsasları, pentoza və fasoroit turşusu və çox az miqdarda aminturşularda alınır.

Nuklein turşularının hidrolizi başa çatmadıqda nukleozidlər və nukleotid­lər alınır. Kimyəvi tərkibinə görə, karbohidratlar çoxatomlu spirtlərin aldehid, yaxud ketonları və ya onların polikondensazil məhsuludur.



Molekulunda beş karbon atomu olan monosaxidlər pentozalar adlanırlar. Pentozalar da heksozalar kimi həm atsiklik, həm də tsiklik formada ola bilərlər.

B.H.Xeuors monosaxiridlərin tsiklik formulunu yazmaq üçün daha əlverişli üsul təklif etmişdir. Onun təklifinə görə, formulda karbon atomları yazılmır. Monosaxaridin tsiklik formulu şərti olaraq yastı şəkildə təsvir edilir. Karbon zəncirinin müşahidiciyə tərəf çevrilmiş çıxıq hissəsi qalın xətlə işarə edilir. Birinci karbon atomuna birləşən hidroksil qrupu sağ tərəfdə olarsa, bu -stereizomerdir, sol tərəfdə isə -stereoizomerdir.

D(+) və L(-) işarəsi isə, bu maddələr optik fəal maddə olduğu üçün polyarizasiya müstəvisini sağa və sola fırladırlar. Nukleotidlər nitrit əsasları ilə pentozaların birləşmələridir. Purin və ya pirimidin əsaslarının riboza ilə əmələ gətirdiyi birləşmə – nukleozid, onların dezoksiriboza ilə birləşmələri isə dezoksinukleoid adlanır.


Adenin riboza ilə birləşdikdə adenozin, quanin –quanozin, urasil-uridin, sitozin isə sitidin və s. nukleotidləri əmələ gətirirlər.


Nuklein turşularının natamam hidrolizinin əsas məhsullarından biri də, kimyəvi tərkibinə görə, nukleozidlərin fosfat turşusu ilə mürəkkəb efirləri olan nukleotidlərdir. Adətən, RNT-nin hidrolizi zamanı ribonukleotidlər, DNT-nin hidrolizi zamanı isə dezoksiribonukleotidlər alınır. Nukleotidlərin molekulların­da fosfat turşusu pentozanın 3-cü və ya 5-ci karbon atomu ilə birləşir.



Nukleotidlər çox güclü turşular olduqları üçün bunlara adenil, quanil, urasil, sitidil turşuları da deyilir.






Yüklə 345 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin