Müqavilənin predmeti
Bu Müqaviləyə görə «İdarəedici» _____________, ________________rayonu, _________________ küçəsi ________ ünvanında yerləşən çoxmənzilli binanın ümumi əmlakının saxlanması, cari təmiri və aşağıda müəyyən olunmuş xidmətlərin göstərilməsini öhdəsinə götürür.
Çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri işlərinə aşağıdakılar aiddir:
Müəyyən olunmuş normalar çərçivəsində binanın bütün mühəndis sistem və qurğularının (lift, ventilyasiya, elektrik, qaz, su təminatı sistemləri və ümumi mülkiyyətə aid olan digər sistem və avadanlıqlar) fəaliyyətinin təmin edilməsi;
Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi istifadədə olan ərazilərinin elektrik xətlərinin təmiri;
Mühəndis qurğularının sazlanması, tikinti konstruksiyalarının və mühəndis avadanlıqlarının qəzalı vəziyyətə düşməsinin qarşısının alınması, binanın ayrı-ayrı elementlərinə və hissələrinə texniki baxışın keçirilməsi, binadaxili şəbəkələrin planlı qaydada təmiri, binanın və onun mühəndis sistemlərinin mövsümi istismara hazırlanması, binadaxili və binaətrafı yerlərin sanitar normalarının gözlənilməsi, çoxmənzilli binanın ümumi əmlakının mühafizəsi və digər işlər;
Dostları ilə paylaş: |