Nümunə Çoxmənzilli binanın idarəetmə


«İdarəedici»nin vəzifələri



Yüklə 87 Kb.
səhifə6/11
tarix02.01.2022
ölçüsü87 Kb.
#43635
1   2   3   4   5   6   7   8   9   10   11
cbim

«İdarəedici»nin vəzifələri:

  1. idarəetmə müqaviləsini imzalandığı gündən icra etmək;

    1. çoxmənzilli binanın ümumi əmlakının sanitar və texniki təminatının həyata keçirilməsi;

    2. çoxmənzilli binanın sahə mülkiyyətçilərinin mülkiyyət hüququnda payına uyğun olaraq ümumi əmlakın saxlanması və təmiri üzrə onların öhdəliklərinin icrasının tələb edilməsi;

    3. ümumi əmlaka sahiblik, istifadə və sərəncam vermə hüququ ilə əlaqədar şərt və qaydaların müəyyən edilməsi zamanı çoxmənzilli binanın sahə mülkiyyətçilərinin hüquqi və qanuni maraqlarının təmin edilməsi;

    4. üçüncü şəxslərin çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qanuni maraqlarına qarşı yönəlmiş fəaliyyətlərinin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi;

    5. müəyyən olunmuş məcburi haqların çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən təyin olunmuş vaxtda ödənilməsinə nəzarətin təşkil edilməsi;

    6. müvafiq il üçün gəlir-xərclər smetasını və maliyyə-təsərrüfat fəaliyyəti üzrə hesabatın hazırlanması və sahə mülkiyyətçilərinin ümumi yığıncağında baxılması üçün təqdim edilməsi;

    7. çoxmənzilli binanın idarə edilməsi üzrə şəffaflığın təmin olunması üçün mühasibat-uçotu, kargüzarlıq, statistika və digər zəruri işlərin təşkil edilməsinin həyata keçirilməsi;

  2. kənardan alınan xidmətlər əsasında çoxmənzilli binanın sahə mülkiyyətçilərinin kommunal xidmətlər ilə təmin olunmasını təşkil etmək;

  3. təsdiq edilmiş plana uyğun olaraq çoxmənzilli binaya, mühəndis sistemlərinə və avadanlıqlara texniki baxışı vaxtında təmin etmək, cari təmirini həyata keçirmək;

  4. çoxmənzilli binanın sahə mülkiyyətçilərinə cari təmir üzrə xidmətlərin göstərilməsi zamanı müvafiq qanunvericiliyin tələblərinə əməl etmək;

  5. çoxmənzilli binanın saxlanması və təmiri üzrə maliyyə xərclərinin tənzimlənməsini həyata keçirmək;

  6. çoxmənzilli binanın sahə mülkiyyətçilərini (və ya onların seçilmiş nümayəndələrini) mövcud tariflərin dəyişməsinə səbəb olan hallar barədə əvvəlcədən məlumatlandırmaq;

  7. qəza-dispetçer xidmətinin fasiləsiz fəaliyyətini təşkil etmək;

  8. çoxmənzilli binanın sahə mülkiyyətçilərinin razılığı və sığorta müəssisəsi ilə bağlanmış müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinin sığortalanmasını həyata keçirmək, sığorta haqlarını yığmaq və bununla bağlı digər məsələləri həyata keçirmək;

  9. çoxmənzilli binanın idarə edilməsi ilə bağlı görülmüş işlər barədə sahə mülkiyyətçilərinə (və ya onların seçilmiş nümayəndələrinə) hər rüb üçün həmin rübdən sonrakı növbəti ayın 20-dək gəlir və xərclərə dair hesabat təqdim etmək;

  10. mövcud qanunvericilikdən irəli gələn digər vəzifələr.





    1. Yüklə 87 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin