Müqavilə üzrə çoxmənzilli binanın saxlanması və təmiri üzrə haqqın həcmi göstərilən xidmətlərin növü, keyfiyyəti və «İdarəedici»nin rentabellik norması əsasında formalaşır;
Çoxmənzilli binanın saxlanması və təmiri üzrə haqların miqdarı bu Müqaviləyə edilmiş əlavəyə uyğun olaraq müəyyənləşdirilir;
Bu Müqavilənin 3.2-ci bəndinə əsasında müəyyən olunmuş haqların miqdarı tərəflərin qarşılıqlı razılaşması əsasında dəyişdirilə bilər;
Çoxmənzilli binanın sahə mülkiyyətçisi bu Müqavilənin 3.2-ci bəndi ilə müəyyən olunmuş haqları hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək həmin aydan sonra gələn ayın on beşinədək bu müqaviləyə əsasən «İdarəedici»yə ödəməlidir;
Çoxmənzilli binanın sahə mülkiyyətçisinin yaşayış və qeyri-yaşayış sahəsindən istifadə etməməsi zamanı sahə mülkiyyətçisi tərtib olunmuş Akt əsasında bu Müqavilənin 3.2-ci bəndi ilə müəyyən olunmuş ödəniş haqlarının 50%-ni ödəyirlər.
Çoxmənzilli binada yaşayış və qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüquqlarının digər şəxslərə keçməsi yeni sahə mülkiyyətçisini 3.2-ci bəndi ilə müəyyən olunmuş ödəniş haqlarından azad etmir.