Tərəflər Azərbaycan Respublikasının mənzil qanunvericiliyinin və bu Müqavilənin şərtlərini pozduqda və ya lazımınca icra etmədikdə qanunvericilklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
Mübahisələrin həlli
Tərəflər arasında bu müqavilənin icrasından irəli gələn mübahisələr qarşılıqlı razılaşma yolu ilə həll olunur.
Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən «İdarəedici»nin fəaliyyəti qənaətbəxş hesab olunmadıqda, ona 2 ay müddətində mövcud nöqsanların aradan qaldırılması barədə xəbərdarlıq olunur
Bu müqavilədən irəli gələn mübahisələrin həllində tərəflər arasında qarşılıqlı razılaşma mümkün olmadıqda, həmin mübahisələr Azərbaycan Respublikası qanunvericiliyi əsasında məhkəmə qaydasında həll edilir.
Fors-major
Tərəflər, onların iradəsindən asılı olmayan hadisələr və proseslər nəticəsində (daşqın, yanğın, zəlzələ və digər təbii fəlakətlərin, eləcə də qarşısı alınmaz digər səbəblərdən) öz üzərilərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədikdə, bu Müqavilədən irəli gələn öhdəliklər həmin səbəblər aradan qaldırılana qədər dayandırılır.