Nöqtələr
●Mehmanxana, yataqxana, dükan və hamam kimi qapısı hamının üzünə açıq olan ümumi mərkəzlər sahibi olan evlərdən fərqlənir. Həmin yerlərə daxil olmaq üçün icazəyə ehtiyac yoxdur.1
Bildirişlər
1. Faydalı bir məqsəd olmadan, vaxt öldürmək və çənə vurmaq üçün ümumi mərkəzlərə getmək qadağandır.
2. Ümumi mərkəzlərə daxil olarkən Allahı nəzərdə saxlayaq və bilək ki, Allah bizim düşüncə və rəftarlarımızdan xəbərdardır.
Ayə 30:
﴿قُل لِّلْمُؤْمِنِينَ يَغُضُّوا مِنْ أَبْصَارِهِمْ وَيَحْفَظُوا فُرُوجَهُمْ ذَلِكَ أَزْكَى لَهُمْ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا يَصْنَعُونَ﴾
“Mömin kişilərə de ki, bəzi şeylərə baxmaqdan çəkinsinlər və ayıb yerlərini hifz etsinlər. Bu, onların daha pak qalması üçün yaxşıdır. Allah onların gördükləri işdən agahdır.”
Dostları ilə paylaş: |