Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,19 Mb.
səhifə192/522
tarix02.01.2022
ölçüsü1,19 Mb.
#2349
növüDərs
1   ...   188   189   190   191   192   193   194   195   ...   522

Nöqtələr


●Allah-təala Quranda namazın hərəkətlərinin və təvafın sayını, zəkat miqdarını bildirməsə də, bu və bu kimi digər məsələləri həzrət Peyğəmbərin (s) öhdəsində qoymuşdur. Amma ailə, tərbiyə və əxlaq məsələlərində ən incə nöqtələr açıqlanmışdır.

●Allah bu ayədə qadın cinsini bildirən əvəzliyi 25 dəfə işlətməklə qadınlara xüsusi diqqət ayırmışdır.1

●İmam Sadiq (ə) buyurur: “Ayədə ayıb yerlərin qorunması dedikdə nəzərdə tutulur ki, hətta qadınlar da qadınların ayıb yerlərinə baxmasınlar və öz ayıb yerlərini başqalarından qorusunlar.”2

●“İrbə” sözü istək və ehtiyac mənasını bildirir. “Ulil-irbə” dedikdə cinsi yaxınlıq meyli olmayan xidmətçilər nəzərdə tutulur.3

●Həzrət Peyğəmbər (s) “illə li buulətihinnə” cümləsi ilə bağlı buyurur: “Allah çöhrəsini və saçlarını əri üçün bəzəməyən, ərin istəklərinə cavab verməyən qadınlara lənət etmişdir.”4

●Bəzən fərdi bir günaha görə peşmanlıq, bəzən isə günahkar bir «mədəniyyət»in dəyişməsi üçün tövbə qılınır. Ayədə zahirən ikinci məna nəzərdə tutulmuşdur. Çünki cahiliyyət dövründə qadınların boyun və sinələri açıq idi.1

●Hicabın qorunması və özünü nümayişdən çəkinməyin bir sıra səmərələri var. Onlardan bəzilərini nəzərdən keçirək: ruhi aramlıq, ailə təməlinin möhkəmliyi, nəsil-nəcabətin hifzi, sui-qəsd və təcavüzün qarşısının alınması, cinsi və psixoloji xəstəliklərdən uzaqlıq, boşanmaların azalması, intiharların əskilməsi, qanunsuz övladların və abortların sayının azalması, mənfi rəqabətlərin aradan götürülməsi, qadın şəxsiyyətinin hifzi, qadınların şəhvətpərəst göz və qəlblərdən qorunması. (Bu gün qərb və şərq dünyasını məhz bu bəla öz girdabına salmışdır.)

●“Xumur” sözü baş örtüyü mənasını bildirən “ximar” sözünün cəm formasıdır. “Cuyub” dedikdə boyun və sinə mənaları anlaşılır.



Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   522




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin