Bildirişlər
1. İffətin qorunması və haram baxışdan çəkinmək məsələsində qadınla kişi arasında fərq yoxdur.
2. Qadının cəmiyyətdə özünü nümayiş etdirməsi haramdır.
3. Bədənin öz-özlüyündə zahir olan hissələrinin (üz, əl və ayaq) görünməsinin eybi yoxdur.
4. Örtüklər arasında məqnə və böyük baş örtüyünün adı qeyd olunur. Bu diqqət hicabın əhəmiyyətini göstərir.
5. Qanunçuluqda zərurətlərə, gerçəkliklərə və ehtiyaclara diqqət yetirilməlidir. (Əgər bədənin üz, əl və ayaq kimi öz-özlüyündə görünən hissələrini örtmək vacib edilsəydi, qadınlar üçün çətinlik yaranardı.)
6. İslam bəşəriyyətin fitri və daxili ehtiyaclarına müsbət cavab verir.
7. Kişiliyi olmayan xidmətçilərdən örtünmək vacib deyil.
8. Qadının gizli zinətlərinin aşkara çıxmasına səbəb olan istənilən yeriş qadağandır.
9. Qadının mülkiyyət hüququ var.
10. Qadın öz zinətlərini yalnız müsəlman qadınlara göstərə bilər. Müsəlman qadın kafir qadın qarşısında örtünməlidir.
11. Qadının örtünməsi naməhrəm kişilərin cinsi meyli ilə sıx rabitədədir. Cinsi meyli olmayan insandan örtünmək lazım deyil.
12. Hicab və örtük vacibdir. Qadının zinətini aşkarlayan və bilindirən istənilən bir iş qadağandır.
13. Baş və üzün vacib örtük həddi başa atılan örtüyün boyun və sinəni bürüməsidir.
14. Hicablı qadın cəmiyyətə qatıla bilər. Necə ki, qadın cəmiyyət namazında heç bir mane olmadan iştirak edir.1
15. Baxış və hicabın qorunması bütün insanların vəzifəsidir. İnsan haram baxışa görə tövbə etməlidir.
16. Allah dərgahına tövbə iman şərtidir.
17. Tövbə həm vacibdir, həm də qurtuluşun açarıdır.
18. Azğınlıqdan Allah xəttinə qayıdış qurtuluş yoludur.
Ayə 32:
Dostları ilə paylaş: |