Nöqtələr
●Məkkə müsəlmanlar tərəfindən fəth olunan gün Allahın rəsulu (s) Kəbəyə daxil oldu və bütləri sındırdı. Həzrət həmin vaxt Kəbə astanasında buyurdu: “Allah ilk gündən Qiyamətədək Məkkəni möhtərəm buyurmuşdur.”1
Bildirişlər
1. Peyğəmbər Allah əmrinə tabedir.
2. Təbliğatçı xalqa öz qətiyyətini elan etməli və deməlidir ki, xalq iman gətirsə də, gətirməsə də o öz yolunu davam etdirəcək.
3. Heç kəs, hətta Allahın rəsulu hansısa şəraitdə ibadətdən ehtiyacsız olmur.
4. İbadət insan zövqünə yox, Allah əmrinə əsaslanmalıdır.
5. Yalnız ibadətdə öncül olanların xalqı ibadətə çağırmaq haqqı var.
6. Bəndəlik qəlbən təslimliklə müşayiət olunmalıdır.
7. Allaha bəndəlik fəlsəfəsi onun rübubiyyət və malikiyyətidir.
8. Həm özünüzü kamala çatdırın, həm də kamillər zümrəsinə qatılın.
9. Hər şey Allahın tərbiyəsi altındadır.
10. Məkkənin xüsusi ehtiramı və məqamı var.
Ayə 92:
﴿وَأَنْ أَتْلُوَ الْقُرْآنَ فَمَنِ اهْتَدَى فَإِنَّمَا يَهْتَدِي لِنَفْسِهِ وَمَن ضَلَّ فَقُلْ إِنَّمَا أَنَا مِنَ الْمُنذِرِينَ﴾
“(Mənə əmr olunub ki,) Quran tilavət edim. Hidayəti qəbul edən öz xeyrinə qəbul etmişdir. Hər kəs yolunu azsa, de ki, mən yalnız qorxudan peyğəmbərəm.”
Dostları ilə paylaş: |