Bildirişlər
1. Rifah və asayiş ilahi rəhmət cilvəsidir.
2. Şəxsiyyətsiz insanlara xidmət və məhəbbət səmərəsizdir.
3. İmansız insanlar fürsət və möhlətlərdən sui-istifadə edir.
4. Tüğyan insanı avara qoyur.
Ayə 76:
﴿وَلَقَدْ أَخَذْنَاهُم بِالْعَذَابِ فَمَا اسْتَكَانُوا لِرَبِّهِمْ وَمَا يَتَضَرَّعُونَ﴾
“Həqiqətən, onları əzaba düçar etdik. Amma onlar Rəbləri qarşısında nə təvazö göstərdilər, nə də yalvardılar.”
Nöqtələr
●Hədisdə oxuyuruq: “İstəkanət” mütilik, “təzərrö” dua üçün əl açmaq mənasını bildirir.1
●Ötən ayədə inadkar kafirlər haqqında buyuruldu: “Əgər onlara rəhm etsək, inadkarlıq göstərib yola gəlməzlər.” Bu ayədə buyurulur: “Əgər onları qəhr-qəzəbimizlə yaxalayıb əzab versək, yenə yola gəlməzlər.” Şair deyir:
Daş qəlbə öyüdün yoxdur səməri,
Ha vur, mıxın daşa olmaz əsəri.
Bildirişlər
1. Dünyadakı ilahi qəhr-qəzəbin məqsədi qafilləri oyatmaqdır.
2. Kafirlər və azğınlar bəzən dünyada da ilahi əzaba düçar olurlar.
3. İnadkar kafirlər nə Allahın mərhəməti, nə də onun qəhr-qəzəbi ilə doğru yola gəlir.
4. Ən pis təkəbbür aləmlərin Rəbbi qarşısında təkəbbürdür. (Daş qəlbli insan o qədər süqut edir ki, hətta böyük Allah qarşısında təvazö və yalvarışı özünə rəva bilmir.)
Ayə 77:
﴿حَتَّى إِذَا فَتَحْنَا عَلَيْهِم بَابًا ذَا عَذَابٍ شَدِيدٍ إِذَا هُمْ فِيهِ مُبْلِسُونَ﴾
“(Bu daş qəlbli insanlara nə mərhəmət, nə də əzab təsir göstərdi. Biz də onları öz başlarına buraxırıq,) o vaxta qədər ki, üzlərinə ağır əzab qapısı açaq, (elə bəlaya düşsünlər ki,) onda (əzaba) qəfil məyus olsunlar.”
Dostları ilə paylaş: |