Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,19 Mb.
səhifə257/522
tarix02.01.2022
ölçüsü1,19 Mb.
#2349
növüDərs
1   ...   253   254   255   256   257   258   259   260   ...   522

Nöqtələr


●“Bur” dedikdə fəlakət və fəsad başa düşülür. Bağ-bağatı, gül-çiçəyi, ot-ələfi olmayan torpağa “bayir” deyirlər. Mətndəki söz “bair” sözünün cəm forması da ola bilər. Onun məsdər olması da mümkündür. Yəni başdan-başa fəlakətə uğramış qövm!

●“Sübhanəkə” sözü iki yerdə işlənmişdir: Təəccübü bildirən məqamda və azğın əqidələrlə qarşılaşan zaman.

●Quranda unutqanlıq və qəflətin bir sıra səbəbləri göstərilir. Onlardan bəzilərinə nəzər salaq: Var-dövlət, ailə-övlad2; ticarət3; şeytan, təfriqə, qumar və şərab4.

Bildirişlər


1. Qiyamətdə məbudlar dilə gələr.

2. Şirkdən danışılan məqamda Allaha təsbih demək zəruridir.

3. Allah Öz nemətlərini azğınlara da əsirgəmir.

4. Var-dövlət o zaman təhlükə törədir ki, Allahın yaddan çıxmasına səbəb olsun. Var-dövlət mütləq şəkildə pis və təhlükəli deyil.

5. Bir neçə nəsli rifah içində yaşamış ailələrdə Allahı və Qiyaməti unutmaq zəmini güclü olur.

6. Var-dövlətə və rifah əhlinin dəbdəbəsinə əhəmiyyət verməyin, bütün bunlar puç olub gedəsidir.


Ayə 19:


﴿فَقَدْ كَذَّبُوكُم بِمَا تَقُولُونَ فَمَا تَسْتَطِيعُونَ صَرْفًا وَلَا نَصْرًا وَمَن يَظْلِم مِّنكُمْ نُذِقْهُ عَذَابًا كَبِيرًا﴾

(Allah-təala həmin gün müşriklərə buyurar:) «Bu məbudlar sizin sözlərinizi inkar etdilər. Onlar nə Allahın qəzəbini aradan qaldırmağa, nə də himayə etməyə qadirdirlər. Hansınız zülm etmiş olsanız ona böyük əzab daddırarıq.»”




Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   253   254   255   256   257   258   259   260   ...   522




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin