Bildirişlər
1. Səmavi nida əlamətlərə malik olmalıdır ki, təsir göstərsin.
2. Möcüzə adi vasitələrlə həyata keçir.
3. Başqalarını doğru yola çağırışdan öncə yetərincə elm, təcrübə və kamala malik olmaq lazımdır. (Musa öncədən möcüzə ilə tanış edilir ki, Fironun sarayında arxayın danışsın.)
4. Peyğəmbərlər Allah tərəfindən tərbiyə olunur, onlara əmr və qadağalar ünvanlanır.
5. Allahı öz yanında, özünü Allah qarşısında görən insan qorxmur.
6. “Xain xoflu olar” deyiblər. Zülm edən kəs günahını yaxşılıqla əvəz edənədək qorxmalıdır. Çünki Allah bağışlayandır.
7. Günahın yaxşılığa çevrilməsi onun yuyulmasından və ya bağışlanmasından fərqli bir işdir. Məsələn, günahkar günah vasitələrini xeyirxahların ixtiyarına verməklə günahı yaxşılığa çevirir.
8. İnsan xeyir iş görüb günahı aradan qaldırdıqdan sonra bağışlanır.
Ayə 12:
﴿وَأَدْخِلْ يَدَكَ فِي جَيْبِكَ تَخْرُجْ بَيْضَاء مِنْ غَيْرِ سُوءٍ فِي تِسْعِ آيَاتٍ إِلَى فِرْعَوْنَ وَقَوْمِهِ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ﴾
“Əlini qoynuna sal, eybsiz, ağ və parlaq şəkildə xaric edərsən. (Bu möcüzə) Firon və onun günahkar qövmünə göndərilmiş doqquz möcüzə sırasındadır.”
Ayə 13:
﴿فَلَمَّا جَاءتْهُمْ آيَاتُنَا مُبْصِرَةً قَالُوا هَذَا سِحْرٌ مُّبِينٌ﴾
“Elə ki, açıq-aydın ayə və möcüzələrimiz onların sorağına gəldi, dedilər: «Bu, aşkar bir sehrdir.»”
Dostları ilə paylaş: |