● ayə 74:
﴿وَلَوْلاَ أَن ثَبَّتْنَاكَ لَقَدْ كِدتَّ تَرْكَنُ إِلَيْهِمْ شَيْئًا قَلِيلاً﴾
“Əgər Biz səni sabitqədəm etməsəydik, hər vaxt onlara meyl etməyə yaxın idin.”
● Bu ayənin Peyğəmbərin (s) məsumluğu ilə heç bir ziddiyyəti yoxdur. “Meyl etməyə yaxın idin” cümləsi günah etmək mənasını bildirmir. “Əgər sabitqədəm etməsəydik” cümləsi şərtidir. Yəni himayə etməsəydik, ola bilsin ki, meyl edərdin. Amma Peyğəmbər (s) daim himayə olunduğundan onun düşmənə meyli mümkünsüz idi. Digər hallarda da “əgər” sözü bir işin qəti yerinə yetməsini göstərmir. Məsələn, ayələrdən birində buyurulur: “Əgər Bizə yalan söz aid etsən, şah damarını qət edərik.”2 Başqa bir ayədə oxuyuruq: “Əgər şirk etsən, əməllərin puça çıxar.”3
Şərt şəklində bəyan olunmuş bu cümlələr işin baş verməsini göstərmir.
İmam Riza (ə) buyurur: “Bu ayə «qızım sənə deyirəm, gəlinim sən eşit» prinsipinə əsaslanıb.”1 Əslində ayədə şəxsən Peyğəmbərə (s) yox, müsəlmanlara xitab olunur.
Dostları ilə paylaş: |