1. İnsanın axirət şəxsiyyəti onun dünya şəxsiyyətinin təcəssümüdür. Dünyadakı bəsirət axirətdə bəsirətlə nəticələnir. Dünyadakı korluq axirət korluğu ilə sonuclanır.
● ayə 73:
﴿وَإِن كَادُواْ لَيَفْتِنُونَكَ عَنِ الَّذِي أَوْحَيْنَا إِلَيْكَ لِتفْتَرِيَ عَلَيْنَا غَيْرَهُ وَإِذًا لاَّتَّخَذُوكَ خَلِيلاً﴾
“Az qalmışdı ki, səni vəhy etdiyimizdən xəbərsiz qoyalar, vəhydən qeyri bir şeyi Bizə aid edəsən və həmin vaxt səni özlərinə dost tutalar.”
● Rəvayətdə oxuyuruq ki, müşriklər İslam Peyğəmbərindən (s) bütlərə hörmət göstərməsini və ya bütpərəstliyin davamı üçün möhlət verməsini istəyirdilər. Peyğəmbər (s) bu təklifi qəbul etmək haqqında düşündüyü vaxt Allah onu hifz etdi... Amma bu qəbildən olan rəvayətlər qəbuledilməzdir, Peyğəmbərin (s) Quran ayələrində təsdiqlənən paklıq və qətiyyəti ilə bir araya sığmır.5
● “Ətyəbul-bəyan” təfsirində deyilir: ayədəki “səni vəhy etdiyimiz” təbirindən aydın olur ki, kafirlər Peyğəmbərin (s) diqqətini vəhydən yox, hansısa şəxsdən yayındırmaq istəmişlər. Bəs haqqında vəhy nazil olmuş bu şəxs kimdir?
İmam Baqir (ə) və imam Kazimdən (ə) nəql olunmuş hədisdə bildirilir ki, bu şəxs Həzrət Əlidir (ə). Allah onun vilayəti haqqında vəhy yolu ilə Peyğəmbərə (s) tapşırıq vermişdir. Allah Peyğəmbərin (s) xalqın həsədinə, inkarına və dözümsüzlüyünə biganə qalması üçün bu ayəni nazil etdi və kafirlərin səyləri səmərəsiz qaldı.
“Əlləzi” (o şey ki) sözünə əsasən uyğun hədis qəbul oluna bilər. Bir şərtlə ki, həzrət Əlinin (ə) Məkkədə tanıtdırılması nəzərdə tutulmuş olsun. Çünki surə Məkkə surəsidir.
Dostları ilə paylaş: |