● Ayə 30:
﴿إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ إِنَّا لَا نُضِيعُ أَجْرَ مَنْ أَحْسَنَ عَمَلًا﴾
“Həqiqətən, iman gətirib saleh işlər görənlər (bilsinlər ki,) şübhəsiz, Biz yaxşı iş görənlərin mükafatını puça çıxarmarıq.”
Nöqtələr
● Allah bizim saleh işlərimizi puça çıxarmır. Yaxşı əməllərimizi məhv edən əslində öz pis xasiyyətlərimiz və əməllərimizdir.
● İstənilən saleh əməl bir neçə yolla yerinə yetirilə bilər: adi yolla, yaxşı yolla və ali yolla. Bu ayədə ən ali yola təşviq edilir. Bəli, bəzən qida məhsulları yaxşı olur, amma hazırlanma qaydası fərqlənir.
Dostları ilə paylaş: |