Nöqtələr
● “Ədn” dedikdə dayanma və məskən mənaları nəzərdə tutulur. Bilərzik “əsavirə”, nazik ipək “sundus”, qalın ipək isə “istəbrəq” adlanır. Tor çəkilmiş sultan taxtına isə “əraikə” deyilir.
● Ötən iki ayədə cəhənnəm əhli haqqında oxuduq: “Necə pis içki, necə pis yerdir.” Bu ayədə isə behişt əhlinin mükafatı və məskəni haqqında xoş sözlər deyilir.
● Behiştdə istənilən növ rəngdə, istənilən növ libaslar olsa da, mümkündür ki, bəzənib taxtlara söykənən zaman rəsmi və ümumi libas yaşıl libasdır.
Bildirişlər
1. Həm behişt bağlarındakı ağacların, həm də behişt qəsrlərinin altından çaylar axır.1
2. Behişt əhlinin bər-bəzəkdən istifadə etməsi insan fitrətində bər-bəzəyə meyl olmasını göstərir.
3. İlahi göstərişlərə iman və əməl, dünyanın haram bər-bəzəyindən uzaqlıq axirətdə əbədi dəbdəbəyə çatmaq rəmzidir.
4. Məad həm ruhani, həm də çismanidir (həm ruha aiddir, həm də cismə). Əgər məad təkcə ruhani olsaydı hansısa qızıla, ipəyə və taxta ehtiyac qalmazdı.
5. Yaşıl rəng behişt rəngidir.
Dostları ilə paylaş: |