● Ayə 32:
﴿وَاضْرِبْ لَهُم مَّثَلًا رَّجُلَيْنِ جَعَلْنَا لِأَحَدِهِمَا جَنَّتَيْنِ مِنْ أَعْنَابٍ وَحَفَفْنَاهُمَا بِنَخْلٍ وَجَعَلْنَا بَيْنَهُمَا زَرْعًا﴾
“(Ey peyğəmbər,) onlar üçün iki kişini məsəl çək: onlardan biri üçün iki üzüm bağı qərar verdik və ətrafını xurma ağacları ilə əhatəyə aldıq. Həmin iki bağ arasında əkin yerləşdirdik.”
● Ayə 33:
﴿كِلْتَا الْجَنَّتَيْنِ آتَتْ أُكُلَهَا وَلَمْ تَظْلِمْ مِنْهُ شَيْئًا وَفَجَّرْنَا خِلَالَهُمَا نَهَرًا﴾
“Hər iki bağ öz məhsulunu verdi və ondan bir şey əskilmədi. Onların arasında bir çay axıtdıq.”
Dostları ilə paylaş: |