● Ayə 35:
﴿وَدَخَلَ جَنَّتَهُ وَهُوَ ظَالِمٌ لِّنَفْسِهِ قَالَ مَا أَظُنُّ أَن تَبِيدَ هَذِهِ أَبَدًا﴾
“O özünə sitəm qılmış halda bağın içinə gəldi və (lovğalıqla) dedi: “Bunun nə vaxtsa məhv olacağını güman etmirəm!”
Bildirişlər
1. İnsanın bütün olanları Allahdandır və həqiqi malik Allahdır.
2. Gen-bol var-dövlət və nemətlər qürur üçün zəmindir.
3. Allahdan xəbərsizlik, özünü üstün tutmaq, başqalarının təhqiri, maddi bər-bəzəyə aldanış insanın özünə zülmüdür.
4. Azğın və qafil insan heyvan və bitkidən alçaqdır. Allah-təala 23-cü ayədə bağ haqqında buyurur: “Bir şey əskik olmadı.” Amma bağ sahibi haqqında “özünə zülm etmiş” təbiri işlədilir.
5. Nemətləri və bəhrələri heç vaxt əbədi saymayaq.
Dostları ilə paylaş: |