Bildirişlər
1. Xalqın doğru yola yönəlməsi və tərbiyəsi üçün təkrar, rəngarənglik və məsəl çəkmək zəruri və faydalı üsuldur.
2. Quranın məqsədi bütün xalqın hidayətidir. Quran məsəlləri hamının anlaması üçündür.
3. Allah Quran vasitəsi ilə höccəti tamamlamış, yetərli dəlillər gətirmişdir.
4. Quranda dəvət və hidayətin hər bir prinsipi üçün məsəl çəkilmişdir.
5. İnsanda qəbul ruhiyyəsi olmasa, məsəllər çox çəkildikcə o daha çox höcət edəsidir.
6. İnsan rəngarəngliyə və höcətə meyilli mövcuddur.
● Ayə 55:
﴿وَمَا مَنَعَ النَّاسَ أَن يُؤْمِنُوا إِذْ جَاءهُمُ الْهُدَى وَيَسْتَغْفِرُوا رَبَّهُمْ إِلَّا أَن تَأْتِيَهُمْ سُنَّةُ الْأَوَّلِينَ أَوْ يَأْتِيَهُمُ الْعَذَابُ قُبُلًا﴾
“Hidayət (doğru yol göstərişi) gəldikdən sonra xalqa iman gətirməkdən və öz Rəbbindən bağışlamaq diləməkdən uzaqlaşdıran nə oldu? Yalnız o ki, (istədilər) əvvəlkilər haqqında Rəblərinin sünnəsi (ilahi əzab) onlar üçün də gəlsin, ya da əzab onlarla qarşı-qarşıya dayansın!”
Dostları ilə paylaş: |