● Ayə 25:
﴿قَالَ رَبِّ اشْرَحْ لِي صَدْرِي﴾
“(Musa) dedi: «Pərvərdigara! (Mənə belə böyük bir iş əmr etmisənsə) köksümü genişləndir.»”
● Ayə 26:
﴿وَيَسِّرْ لِي أَمْرِي﴾
“İşimi mənə asan buyur.”
● Ayə 27-28:
﴿وَاحْلُلْ عُقْدَةً مِّن لِّسَانِي يَفْقَهُوا قَوْلِي﴾
“Dilimdəki düyünü aç, qoy sözlərimi (yaxşı) anlasınlar.”
Nöqtələr
Həzrət Musa ilahi peyğəmbərlik məqamına çatdığı vaxt Allahdan dörd şey istədi: geniş köks, münasib şərait, rəvan bəyan , vəzir.
Həzrət Musaya müxtəlif ibadi, siyasi, inqilabi, ictimai, əxlaqi, fərdi və ümumi göstərişlər verilmişdi. Adətən, hər hansı bir işlə məşğulluq insanın diqqətini digər işlərdən yayındırır. Beləcə, bütün işlərlə lazımınca məşğul olmaq üçün geniş köksə ehtiyac duyulur.1
Geniş köks həm insanın özü, həm də məsuliyyətlərin yerinə yetirilməsi üçün zəruridir. Ayədəki “li” hissəsi vəhyin qəbulunda böyük tutuma ehtiyac olduğunu göstərir. “İnşirah” surəsində də “geniş köks” (“sieyi-sədr”) mövzusuna toxunulur.
Dostları ilə paylaş: |