Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,22 Mb.
səhifə468/621
tarix02.01.2022
ölçüsü1,22 Mb.
#2048
1   ...   464   465   466   467   468   469   470   471   ...   621

● Ayə 95:


﴿قَالَ فَمَا خَطْبُكَ يَا سَامِرِيُّ﴾

(Sonra Musa Samiriyə) dedi: «Ey Samiri! Gördüyün bu böyük iş nə üçündür?»”



● Ayə 96:


﴿قَالَ بَصُرْتُ بِمَا لَمْ يَبْصُرُوا بِهِ فَقَبَضْتُ قَبْضَةً مِّنْ أَثَرِ الرَّسُولِ فَنَبَذْتُهَا وَكَذَلِكَ سَوَّلَتْ لِي نَفْسِي﴾

(Samiri) dedi: «Mən başqalarının anlamadığı bir şey anladım. Rəsulun izlərindən bir ovuc götürdüm, onu (buzova) atdım. Nəfsim bu sayaq həmin işi mənə gözəl göstərdi. (Məni aldatdı.)»”


Nöqtələr


“Bəsurtu” dedikdə adətən cəm forması “əbsar” olan göz mənası yox, cəm forması “bəsair” olan anlamaq mənası başa düşülür.1

“Ehticaci-Təbərsi” kitabında bildirilir ki, Həzrət Əli (ə) Bəsrə şəhərini fəth etdiyi vaxt xalq onu dinləmək üçün bir yerə toplandı. Həmin vaxt deyilənləri qeyd edən Həsən Bəsri imamın diqqətini cəlb etdi.

İmam ona uca səslə müraciət edib buyurdu: “Nə edirsən?” Həsən Bəsri dedi: “Sizin dediklərinizi yazıram ki, başqalarına söyləyəm.” İmam buyurdu: ”Bilin ki, hər bir qövmün və cəmiyyətin öz Samirisi var. Ey Həsən, bu ümmətin Samirisi sənsən. Sən məndən peyğəmbərin əsərlərini (izlərini) götürün, öz istəyincə təfsir edib nəfsinin istəkləri əsasında yeni bir məktəb düzəldirsən.”1

“Əl-mizan”, “Furqan”, “Nümunə” təfsirlərində bildirilir ki, Samiri “rəsulun, izləri” dedikdə Musadan götürdüklərini nəzərdə tuturdu. O deyirdi ki, mən Musanın əsərlərindən bir miqdar götürüb mömin oldum, sonra onu boşlayıb buzov düzəltdim. Yəni bu işi görmək üçün başqalarının xəbərsiz olduqlarını anladım. Belə bir məna yuxarıdakı hədislə daha çox uyğundur.



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   464   465   466   467   468   469   470   471   ...   621




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin