● Ayə 107:
﴿لَا تَرَى فِيهَا عِوَجًا وَلَا أَمْتًا﴾
“Onda heç bir alçaq-hündürlük müşahidə etməzsən.”
Nöqtələr
“Nəfs” sözü məhv etmək, “qaə” saf yer, “səfsəf” hamar yer, “ivəc” çökəklik, “əmtə” yüksəklik mənasını bildirir.
Bildirişlər
1. Xalqın Qiyamətlə bağlı sualları olur və peyğəmbər onları cavablandırmalıdır.
2. Təbiətə hakim qanunlar daimi deyil.
3.Dağları uçurmaq və qiyaməti bərpa etmək Allahın rübubiyyət cilvələrindəndir.
● Ayə 108:
﴿يَوْمَئِذٍ يَتَّبِعُونَ الدَّاعِيَ لَا عِوَجَ لَهُ وَخَشَعَت الْأَصْوَاتُ لِلرَّحْمَنِ فَلَا تَسْمَعُ إِلَّا هَمْسًا﴾
“Həmin gün (insanlar) heç bir yanlışlığı olmayan dəvətçiyə tabe olarlar (və İsrafilin sədasını gözləyərlər). Rəhmanın qarşısında bütün sədalar kəsilər, ahəstə bir səsdən başqa bir şey eşitməzsən.”
Bildirişlər
1. Bəziləri dünyada ilahi çağırışları qulaqardına vururdularsa, Qiyamət günü itaətdən başqa çarə olmayacaq.
2. Qiyamət Allahın mərhəmətinin təcəlla və zühur günüdür. Allahın mərhəməti həmin gün bütün insanların ümid yeri, sığınacağıdır.
Dostları ilə paylaş: |