● Ayə 100:
﴿مَنْ أَعْرَضَ عَنْهُ فَإِنَّهُ يَحْمِلُ يَوْمَ الْقِيَامَةِ وِزْرًا﴾
“Kim ondan (zikrdən) üz döndərsə, hökmən, qiyamət günü üzərinə ağır bir yük götürəcək. ”
● Ayə 101:
﴿خَالِدِينَ فِيهِ وَسَاء لَهُمْ يَوْمَ الْقِيَامَةِ حِمْلًا﴾
“(Onlar) həmin vəziyyətdə həmişəlik qalacaqlar. Bu, qiyamət günü onlar üçün necə də pis yükdür.”
● Ayə 102:
﴿يَوْمَ يُنفَخُ فِي الصُّورِ وَنَحْشُرُ الْمُجْرِمِينَ يَوْمَئِذٍ زُرْقًا﴾
“Elə bir gün ki, sur üfürülər və Biz həmin gün günahkarları gözləri bulaşıq halda səhnəyə gətirərik.”
● Ayə 103:
﴿يَتَخَافَتُونَ بَيْنَهُمْ إِن لَّبِثْتُمْ إِلَّا عَشْرًا﴾
“Onlar öz aralarında astadan danışarlar ki, siz (dünyada) bir neçə (on) gündən artıq qalmadınız.”
Nöqtələr
“Himl” və “həml” sözlərinin lüğət mənaları eynidir. Amma “himl” dedikdə zahiri yük, “həml” dedikdə batini yük nəzərdə tutulur. Məsələn, ana bətnindəki körpə “həml” adlanır.
“Zurq” dedikdə ağ və qara rəngin qarışığı nəzərdə tutulur. Məsələn, kül rəngi bu qəbildəndir. Və insanın korluğuna, qorxusuna, rənginin qaçmasına işarə ola bilər.
“Sur” sözü ya buynuz, ya da surətlər mənasını bildirir. İkinci mənaya əsasən ölülərin dirilməsi üçün onların üzlərinə üfürülmə nəzərdə tutulur.
Qurani-məciddə iki üfürmə qeyd olunur. Birinci üfürmədə bütün canlı mövcudlar ölər, ikinci üfürmədə bütün insanlar hesab üçün ayağa qaldırılar.1 “Sur üfürülər” dedikdə qiyamət günündəki ikinci üfürmə nəzərdə tutulur.
Dostları ilə paylaş: |