Nöqtələr
Qiyamət o qədər əzəmətlidir ki, insan həmin səhnəni gördükdən sonra dünya ömrünü yarım, bir, ən çoxu on gün zənn edir. Quran müxtəlif zümrələrin dilindən dünya həyatının uzunluğu ilə bağlı təsəvvürləri belə bəyan edir: on gün, bir gün, günün bir hissəsi1; qısa anlar2; qısa bir vaxt3.
Belə görünür ki, dünya həyatının uzunluğu ilə bağlı fərqli fikirlər insanların bəsirət və düşüncə səviyyəsindən doğur. Ayələrdən göründüyü kimi, dünya ömrünü yaxşı rəftar sahibləri bir gün, günahkarlar isə on gün zənn edirlər.
Bildirişlər
1. Günahkarlar qiyamət səhnəsində eyni dərəcədə olmur.
2. Daha ağıllı insan dünya ömrünü daha qısa sayır.
● Ayə 105:
﴿وَيَسْأَلُونَكَ عَنِ الْجِبَالِ فَقُلْ يَنسِفُهَا رَبِّي نَسْفًا﴾
“(Ey peyğəmbər,) səndən (Qiyamətdə) dağlar haqqında soruşarlar. De ki, mənim Rəbbim onları kökündən qoparıb uçurar.”
● Ayə 106:
﴿فَيَذَرُهَا قَاعًا صَفْصَفًا﴾
“Sonra onları saf və hamar bir səhraya döndərər.”
Dostları ilə paylaş: |