● Ayə 24:
﴿أَمِ اتَّخَذُوا مِن دُونِهِ آلِهَةً قُلْ هَاتُوا بُرْهَانَكُمْ هَذَا ذِكْرُ مَن مَّعِيَ وَذِكْرُ مَن قَبْلِي بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ الْحَقَّ فَهُم مُّعْرِضُونَ﴾
“Yoxsa onlar (kafirlər) Allahın əvəzinə məbudlar qəbul etdilər? (Onlara) de ki, dəlilinizi gətirin. Bu (Quran), mənim ardıcıllarımın və məndən öncəkilərin zikridir. (Allahın şəriki olmamasını hamı yekdil olaraq qəbul edib,) amma insanların əksəri haqqı bilməz və (ondan) üz döndərər.”
Nöqtələr
Həzrət Əli (ə) buyurur: “Həqiqətən, Quranın Peyğəmbərə (s) nazil olması ilə, ötən peyğəmbərlərin, vəsilərin elmi, Qiyamətədək baş verəcək hadisələrin xəbəri ona çatdırılmış oldu.” Sonra həzrət hazırkı ayəni tilavət etdi.2
Bildirişlər
1. Bir Allahdan uzaqlaşan hər bir kəs çoxsaylı bütlərin tələsinə düşür.
2. Peyğəmbər (s) xalqla dəlil əsasında danışmalı və onlardan dəlil tələb etməlidir.
3. Tövhidin dəlilləri var. Şirk isə heç bir dəlilə əsaslanmır.3
4. Əqidə əsaslarını təqlid əsasında qəbul etmək olmaz.
5. Bütün səmavi kitablar tövhidə çağırmışdır.
6. Səmavi kitablar yatmış fitrətlərin oyanmasına, unudulmuş həqiqətlərin yada salınmasına səbəb olur.
7. Cahiliyyət fəzasında çoxluğun nə istiqbalı, nə də arxa çevirməsi əhəmiyyət kəsb etmir.
Dostları ilə paylaş: |