Bildirişlər
1. Başqalarının küframiz sözlərini nəql edərkən “sübhanəllah” deməklə Allahı paklığı ilə yad edin.
2. Başqalarının çaşqınlığı haqqında danışarkən doğru yolu da göstərək.
3. Allah əmrinə təslimçilik insanın kəramətini göstərir. (Bəli, yalnız danışıq və əməldə Allah göstərişini ötüb keçməyənlər kəramət əldə edirlər.)
4. Mələklər Allahın məmurlarıdırlar. Onlar yalnız Allahın əmrinə əməl edir, heç vaxt uyğun əmrlərdən boyun qaçırmırlar.
● Ayə 28:
﴿يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يَشْفَعُونَ إِلَّا لِمَنِ ارْتَضَى وَهُم مِّنْ خَشْيَتِهِ مُشْفِقُونَ﴾
“(Allah) onların gələcəklərini və keçmişlərini bilir. Onlar (mələklər) yalnız Allahın razılıq verdiyi kəsə şəfaət edirlər və Onun (Allahın) qəzəbindən qorxurlar.”
Dostları ilə paylaş: |