Bildirişlər
1. Risalət vəhyin nazil olması ilə müşayiət olunur.
2. Tövhid bütün ilahi peyğəmbərlərin proqramında birinci yerdə dayanır.
3. Əməl etiqada əsaslanmalıdır. Öncə bünövrə, sonra bina. (Öncə ilahiyyatda, sonra ibadətdə tövhid.)
4. Haqqın batil üzərində inhisarçılığı ilahi şüardır.
● Ayə 26:
﴿وَقَالُوا اتَّخَذَ الرَّحْمَنُ وَلَدًا سُبْحَانَهُ بَلْ عِبَادٌ مُّكْرَمُونَ﴾
“(Kafirlər) dedilər: «Rəhman Allah (mələkləri özü üçün) övlad götürmüşdür!» O, (bu sifətdən) pakdır, (mələklər) əziz bəndələrdir.”
● Ayə 27:
﴿لَا يَسْبِقُونَهُ بِالْقَوْلِ وَهُم بِأَمْرِهِ يَعْمَلُونَ﴾
“(Mələklər) sözdə Ondan önə keçmirlər və Onun əmrinə əməl edirlər.”
Nöqtələr
Mələklərin Allahın övladları olmasına əqidə müşriklərdən əlavə yəhudi və məsihilər arasında da yayılmışdır.1
“Mukrəmun” (əziz) sifətinin mələklərə aid edilməsinin səbəbi budur ki, onlar öncə Allahın bəndələridir, ikincisi, onların bəndəliyi xalis bəndəlikdir.
“Rəhman” adı müşriklər arasında Allahın tanınmış adıdır.
İnsana hakim şəraitin onun etiqad və mühakimələrinə təsiri var. İnsan cismə malik olduğundan övlada ehtiyac duyur. O, maddilikdən uzaq Allahın da övlada ehtiyac duyduğunu düşünür.
Dostları ilə paylaş: |