Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,22 Mb.
səhifə581/621
tarix02.01.2022
ölçüsü1,22 Mb.
#2048
1   ...   577   578   579   580   581   582   583   584   ...   621

● Ayə 74:


﴿وَلُوطًا آتَيْنَاهُ حُكْمًا وَعِلْمًا وَنَجَّيْنَاهُ مِنَ الْقَرْيَةِ الَّتِي كَانَت تَّعْمَلُ الْخَبَائِثَ إِنَّهُمْ كَانُوا قَوْمَ سَوْءٍ فَاسِقِينَ﴾

Luta hikmət və elm verdik. Onu çirkin işlər görülən məntəqədən xilas etdik. Doğrudan da, onlar pis və azğın qövm idi. ”



● Ayə 75:


﴿وَأَدْخَلْنَاهُ فِي رَحْمَتِنَا إِنَّهُ مِنَ الصَّالِحِينَ﴾

Onu Öz rəhmətimizə daxil etdik. Həqiqətən, o, salehlərdən idi.”



Nöqtələr


Həzrət İbrahimin dövründə Lut peyğəmbər idi. İmamət və rəhbərlik isə İbrahimin öhdəsinə düşmüşdü. Ola bilsin ki, elə bu səbəbdən də ötən ayələrdə İshaq və Yaqub haqqında “Onları imam qərar verdik” təbiri işlənmişdir. Bu ayədə isə Lutun adı ayrıca çəkilir. İbrahim imam olduğundan Lut imamət məqamında olmamışdır.

Bu ayədə Allah Luta əta olunmuş 4 mühüm nemətə işarə edir: Hökm, elm, qurtuluş, rəhmətə daxil olma.

Bu ayədə “hökm” dedikdə nübuvvət məqamı nəzərdə tutula bilər. Çünki həzrət Yəhya haqqında da uyğun təbir işlədilmişdir.2

Allahın nicat verməsi insanların səy və təlaşına zidd deyil. Çünki həzrət Lutun qurtuluşu Allahın əmr və hidayəti, Lutun öz istək və təlaşı ilə baş tutdu.3

Ayədə “fasiqlər” deyərkən kafirlər nəzərdə tutulmuşdur. Uyğun məna ilə başqa ayələrdə də rastlaşırıq.4


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   577   578   579   580   581   582   583   584   ...   621




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin