Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,22 Mb.
səhifə112/621
tarix02.01.2022
ölçüsü1,22 Mb.
#2048
1   ...   108   109   110   111   112   113   114   115   ...   621

Bildirişlər


1. Müvəqqəti asayiş bizi qürrələndirməsin. İnsan üçün daim təhlükə qorxusu var. Bir çətinlikdən qurtarmışıqsa, bu, birdəfəlik qurtuluş deyil.

2. Bəzi nankorluqlara görə elə dünyada cəza verilir.

3. Qurtuluşdan sonra Allahı unutmaq küfr və nankorluğun nümunəsidir.

4. İnsanın həlakolma və bədbəxtlik amili onun küfrə meyli və öz əməlləridir.

5. Allah qarşısında heç bir qüdrət dayana bilməz. Allah kimsə qarşısında məsuliyyət daşımır.

● ayə 70:


﴿وَلَقَدْ كَرَّمْنَا بَنِي آدَمَ وَحَمَلْنَاهُمْ فِي الْبَرِّ وَالْبَحْرِ وَرَزَقْنَاهُم مِّنَ الطَّيِّبَاتِ وَفَضَّلْنَاهُمْ عَلَى كَثِيرٍ مِّمَّنْ خَلَقْنَا تَفْضِيلاً﴾

Həqiqətən, Adəm övladlarını möhtərəm tutduq. Onları quru və dənizdə (miniklərlə) apardıq, pak-pakizə şeylərdən onlara ruzi verdik, onları bir çox məxluqlarımızdan üstün etdik.”



Nöqtələr


● İnsan bəzən öz qazancı ilə, bəzən də yaranış baxımından üstün, kəramətli ola bilər.1 Məsələn, təqva əhli çalışmaqla kəramət və üstünlük əldə edir. Ayədə güman ki, ikinci növ kəramət və üstünlük nəzərdə tutulmuşdur. İnsan yaddaş, ağıl və istedad kimi üstünlüklərlə yanaşı, səmavi qanunlar, məsum rəhbərlər kimi imtiyazlara malikdir, onun üçün mələklər səcdəyə düşmüşdür.

● İnsan mələkdən üstündür. Çünki:

a) Mələklər insana səcdə etdi;

b) Mələkdə təkcə ağıl qüvvəsi var, insanda isə həm ağıl, həm də şəhvət qüvvələri mövcuddur. Ağılı şəhvətinə qalib gələn insan mələkdən üstün olur;

c) Merac gecəsində Cəbrail Peyğəmbərə (s) dedi: “Sən imam dayan, mən iqtida edim. Çünki Allah sizi bizdən üstün yaratmışdır.”2

● Allah insanı bütün mövcudlardan, hətta mələklərdən üstün yaratsa da, insan öz yanlış seçimi ilə ən alçaq dərəcəyə enə bilər.3 İnsanın heyvandan da alçaq mərtəbəyə düşməsi mümkündür.4

● Ayədə insanın kəramət və fəzilətindən danışılır. Kəramət və fəzilət arasında müəyyən fərqlər ola bilər:

a) Kəramət başqalarında olmayan imtiyazdır. Fəzilət isə başqalarında da ola bilər.

b) Kəramət səy göstərmədiyi halda insana Allah tərəfindən əta olunmuş nemətdir. Fəzilət isə şəxsi səy və ilahi tovfiqlə əldə olunur.

c) Kəramət maddi, fəzilət isə mənəvi nemətlərə aiddir.

● Səfər bəşər həyatının zərurətlərindəndir. İnsan səfərə çıxmaqla ehtiyaclarını aradan qaldırır, təcrübə qazanır. Allah səfər üçün quru və dənizdə vasitələr qərar vermişdir. Bu da ilahi nemətlərdən sayılır.

● Bəzi təfsirçilərin nəzərincə, “quru və dənizdə daşınma” dedikdə bütün quru və dəniz qüvvələrinin insanın ixtiyarına verilməsi nəzərdə tutulur. Söhbət təkcə gəmi və ulaq kimi vasitələrə süvar olmaqdan getmir.

● “Təyyibat” (pak-pakizə şeylər) dedikdə təyyibə (pakizə) həyat, övlad, ruzi nəzərdə tutula bilər. İmam Baqir (ə) buyurur: “Pakizə ruzi dedikdə faydalı elm nəzərdə tutulur.”1


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   621




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin