Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,22 Mb.
səhifə226/621
tarix02.01.2022
ölçüsü1,22 Mb.
#2048
1   ...   222   223   224   225   226   227   228   229   ...   621

● Ayə 43:


﴿وَلَمْ تَكُن لَّهُ فِئَةٌ يَنصُرُونَهُ مِن دُونِ اللَّهِ وَمَا كَانَ مُنتَصِرًا﴾

Heç bir qövmün Allahın qəzəbi qarşısında yardımçısı yoxdur və özünə yardım göstərmək gücündə deyil.”



● Ayə 44:


﴿هُنَالِكَ الْوَلَايَةُ لِلَّهِ الْحَقِّ هُوَ خَيْرٌ ثَوَابًا وَخَيْرٌ عُقْبًا﴾

O halda vilayət və qüdrət yalnız haqq olan Allaha məxsusdur. Ən üstün mükafat və ən yaxşı sonluq Onun tərəfindədir.”



Nöqtələr


● Quranda dəfələrlə təkid olunur ki, insan təhlükə ilə üzləşdiyi vaxt maddi vasitələri təsirsiz gördükdə Allaha üz tutur və dərin bir ümidlə Onu səsləyir. İnsan dənizdə tufana düşdükdə və ya əzabla üzləşdikdə iman gətirir.

Ayədə bağı yanmış şəxs köməyinə gələn olmadığını görüb hökmün Allaha məxsus olduğunu anlayır.

● Bu ayədə “vilayət” sözü qüdrət və yardım mənasında işlədilmişdir.

Bildirişlər


1. Allahdan qeyrisinə etimadın sonu əliboşluqdur.

2. Allahın qəzəbi nazil olan vaxt var-dövlət, övlad nə qədər çox olsa da kara gəlmir. (Təhlükə gəldikdə rifah dövrünün dostları tapılmır.)

3. Bütün acı hadisələrin qətnaməsi eynidir: Qüdrət yalnız Allaha məxsusdur.

4. Qeyri-ilahi vilayətlər davamsız və batildir. Yalnız Allahın vilayəti sabit və haqdır.

5. Nə qədər hesab aparıb uzağı düşünsək də Allahın sorağınca getməliyik.

6. İlahi yardım və Allahın haqq olması ən üstün mükafat və aqibətin təminatçısıdır.

7. Yaxşı sonluq və mükafat dəyər ölçüsüdür.


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   621




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin