● Ayə 47:
﴿وَيَوْمَ نُسَيِّرُ الْجِبَالَ وَتَرَى الْأَرْضَ بَارِزَةً وَحَشَرْنَاهُمْ فَلَمْ نُغَادِرْ مِنْهُمْ أَحَدًا﴾
“(Xatırla,) o gün ki, dağları hərəkətə gətirərik və yeri aşkar (saf, hamar) görərsən. Hamını ayağa qaldırarıq və kimsəni boşlamarıq.”
Nöqtələr
● Quran qiyamət astanasında dağların vəziyyətini müxtəlif şəkillərdə bəyan edir:
1. Zəlzələ, yerin və dağların titrəyişi.2
2. Hərəkət, yerdəyişmə.
3. Parçalanma və qum şəklinə düşmə.3
Bildirişlər
1. Dünya həyatına bağlanmamaq üçün qiyaməti xatırlamaq lazımdır.
2. Yaxşı işlər çox yerlərdə, o cümlədən dağların hərəkətə gələcəyi qiyamətdə fayda verir.
3. Qiyamətdə və məhşər səhnəsində heç bir alçaqlıq və hündürlük yoxdur.
4. Həşr və qiyamət qaçılmazdır.
5. Qiyamət hamı üçündür və bu işdə heç bir istisna yoxdur.
● Ayə 48:
﴿وَعُرِضُوا عَلَى رَبِّكَ صَفًّا لَّقَدْ جِئْتُمُونَا كَمَا خَلَقْنَاكُمْ أَوَّلَ مَرَّةٍ بَلْ زَعَمْتُمْ أَلَّن نَّجْعَلَ لَكُم مَّوْعِدًا﴾
“(Həmin gün) bütün insanlar cərgələnib Rəbbinə təqdim olunar. (Allah onlara buyurar:) «Sizi ilk dəfə yaratdığım kimi (bu gün də) Bizə doğru gəldiniz. Yoxsa düşünürdünüz ki, heç vaxt verdiyimiz vədi yerinə yetirməyəcəyik?»”
Dostları ilə paylaş: |