● Ayə 106:
﴿ذَلِكَ جَزَاؤُهُمْ جَهَنَّمُ بِمَا كَفَرُوا وَاتَّخَذُوا آيَاتِي وَرُسُلِي هُزُوًا﴾
“Bu səbəbdən də onların cəzası cəhənnəmdir. Çünki onlar küfr etdilər, Mənim ayələrimi və mələklərimi məsxərəyə qoydular.”
Nöqtələr
● Lüğətdə “həbt” dedikdə heyvanın zəhərli ot yeyib, köpməsi nəzərdə tutulur. Bu hal onun ölümü ilə nəticələnə bilər. Onu zəhərlənib və qarnı şişmiş halda görənlər sağlam və ətli heyvan olduğunu düşünərlər.
Elə bu səbəbdən də insanın əməllərinin puça çıxması “həbt” adlandırılmışdır. Bu hala düşmüş insan günahlar vasitəsi ilə zəhərlənmişdir və məhv olmaq astanasındadır.
● Qiyamətdə insanlar üç dəstədir: yaxşı olduqlarından mizana ehtiyac duymayanlar, pis olduqlarından mizana ehtiyac duymayanlar, əməlləri hesaba çəkiləsi orta dəstə.1
Dostları ilə paylaş: |