Bildirişlər
1. Allahın inkarı əməllərin puça çıxması səbəbidir. Puça çıxan şeyin isə çəkisi olmur.
2. Allah yanında haqqın çəkisi var, batil isə puç və çəkisizdir.
3. İnsanın aqibəti onun əməllərindən asılıdır.
4. İlahi ayələrin, peyğəmbərlərin məsxərəsinin və küfrün sonu cəhənnəmdir.
● Ayə 107:
﴿إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ كَانَتْ لَهُمْ جَنَّاتُ الْفِرْدَوْسِ نُزُلًا﴾
“Şübhəsiz, iman gətirib saleh işlər görənlər üçün Firdovs behişti qəbul yeridir.”
● Ayə 108:
﴿خَالِدِينَ فِيهَا لَا يَبْغُونَ عَنْهَا حِوَلًا﴾
“Orada əbədidirlər və yerlərini dəyişmək istəməzlər.”
Nöqtələr
● Həzrət Peyğəmbər (s) buyurur: “Behiştin yüz dərəcəsi var və onların ən üstünü Firdovsdur. Dua edərkən Allahdan Firdovs istəyin.”1
Bildirişlər
1. İman və saleh əməl behişt nemətlərinə çatmaq şərtidir.
2. Tərbiyədə xəbərdarlıqla yanaşı müjdə, mükafatla yanaşı əzab yer tutmalıdır. Bir neçə ayə öncə kafirlərin cəhənnəmdə qəbul vasitəsi bəyan oldu. Burada isə möminlərin qəbul vasitəsi olan Firdovs haqqında danışılır.
3. İnsan bir yerdə çox qaldıqda yorulur. O daha yaxşı yer gördükdə həmin yerə köçmək istəyir. Amma behişt əhli əbədi behiştdə heç vaxt yerlərini dəyişməyi arzulamırlar.
Dostları ilə paylaş: |