● Ayə 24:
﴿فَنَادَاهَا مِن تَحْتِهَا أَلَّا تَحْزَنِي قَدْ جَعَلَ رَبُّكِ تَحْتَكِ سَرِيًّا﴾
“(İsa bətndə) ayağı altdan onu səslədi ki, (ey ana,) qəm yemə. Həqiqətən Rəbbim sənin ayaqlarının altında su çeşməsi axıtdı.”
● Ayə 25:
﴿وَهُزِّي إِلَيْكِ بِجِذْعِ النَّخْلَةِ تُسَاقِطْ عَلَيْكِ رُطَبًا جَنِيًّا﴾
“Bu xurmanın budağını özünə doğru tərpət, üstünə təzə xurma tökülsün.”
Nöqtələr
“Səriyya” dedikdə kiçik arx mənası anlaşılır. Yetişmiş, dərilmə vaxtı çatan meyvə isə “cəniyya” adlanır.
Bəziləri bildirirlər ki, nida edən Cəbrail olmuşdur. Amma ayələrdəki ardıcıllıqdan belə görünür ki, nida edən İsadır. İsanın sözünü eşidən Məryəm arxayınlıqla xalqa deyə bilərdi ki, mənim paklığımı beşikdəki körpədən soruşun.
Qadınlar doğuş zamanı və doğuşdan sonra aramlığa, münasib su və qidaya ehtiyac duyurlar. Ayədə bütün bunlara işarə olunmuşdur.
Quranda və rəvayətlərdə yenicə doğmuş qadına təzə xurma yemək tövsiyə olunur. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Yeni doğmuş qadının ilkin qidası xurma olsun.”1 Həzrət Əli (ə) buyurur: “Hamilə qadın üçün ən yaxşı qida təzə xurmadır. Onun üçün xurmadan yaxşı qida yoxdur.”2
Amma siz imtahana bir baxın! Məryəm sağlam olan gün ona səma süfrəsi nazil olur. Hamilə olub kimsəsiz qaldığı vaxt isə qida əldə etmək üçün xurma ağacını silkələməlidir.
Dostları ilə paylaş: |