● Ayə 86:
﴿فَرَجَعَ مُوسَى إِلَى قَوْمِهِ غَضْبَانَ أَسِفًا قَالَ يَا قَوْمِ أَلَمْ يَعِدْكُمْ رَبُّكُمْ وَعْدًا حَسَنًا أَفَطَالَ عَلَيْكُمُ الْعَهْدُ أَمْ أَرَدتُّمْ أَن يَحِلَّ عَلَيْكُمْ غَضَبٌ مِّن رَّبِّكُمْ فَأَخْلَفْتُم مَّوْعِدِي﴾
“Musa qəzəbli və pərişan halda qövmünün yanına qayıtdı. O dedi: “Ey mənim qövmüm! Rəbbiniz sizə xeyir vəd etməyibmi? (Mənim olmadığım) müddət sizə uzun gəldimi? Yoxsa Rəbbinizin qəzəbinə gəlmək istədiyiniz üçün mənimlə olan vədinizə xilaf çıxdınız?”
Nöqtələr
Bu ayədə iki vədə işarə olunur: Allah tərəfindən Tövratın nazil olması ilə bağlı vəd; Musadan sonra qardaşı Haruna itaətlə bağlı verilmiş vəd. Amma xalq buzovpərəstliyə üz tutub bu vədləri unutdu. Musa onları məzəmmət edərkən azğınlıqlarının səbəbini soruşdu: “Siz bilmədən yolunuzu azdınız, yoxsa bilərəkdən Allahın qəzəbinə üz tutdunuz? Bəlkə otuz gün əvəzində qırx gün olmamağım sizi çaşdırdı?”1
Bu ayədə də 81-ci ayədəki kimi ilahi qəzəbin nazil olmasından danışılır. Amma qəzəb səbəbi kimi birinci halda xalqın tüğyanı, ikinci halda xalqın əhdi pozması göstərilir. Bəni-İsrailin süqutu məhz bu amillərlə bağlı idi.
Dostları ilə paylaş: |