Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,22 Mb.
səhifə462/621
tarix02.01.2022
ölçüsü1,22 Mb.
#2048
1   ...   458   459   460   461   462   463   464   465   ...   621

● Ayə 88:


﴿فَأَخْرَجَ لَهُمْ عِجْلًا جَسَدًا لَهُ خُوَارٌ فَقَالُوا هَذَا إِلَهُكُمْ وَإِلَهُ مُوسَى فَنَسِيَ﴾

(Samiri) onlar üçün səs çıxaran erkək buzov heykəli düzəltdi. (Ardıcılları ilə birlikdə insanlara) dedilər: «Bu sizin və Musanın tanrısıdır. «(Samiri Allahı və Musanın bütün təlimlərini) unutdu.»”



● Ayə 89:


﴿أَفَلَا يَرَوْنَ أَلَّا يَرْجِعُ إِلَيْهِمْ قَوْلًا وَلَا يَمْلِكُ لَهُمْ ضَرًّا وَلَا نَفْعًا﴾

Görmürlərmi ki, (buzovun) onlara heç bir cavabı yoxdur və onlar üçün xeyir-zərər sahibi deyil?!”



Nöqtələr


Samirinin ustalıqlarından biri bu idi ki, buzovu xalqın gözü qarşısında düzəltmədi. Xalq birdən birə səs çıxaran buzov heykəli ilə üzbəüz qaldı.

Bəni-İsrailin ağlına da gəlmədi ki, əgər buzov pərəstişə layiqdirsə, onu düzəldən Samiriyə daha öncə pərəstiş edilməlidir.


Bildirişlər


1. Sosioloji və psixoloji əsaslara malik sənət əsəri daha təsirlidir. (Samirinin tez bir zamanda müvəffəqiyyət qazanmasının səbəbi onun cəmiyyətdəki bütpərəstlik və buzovpərəstlik zəminini və rəhbərin olmamasını nəzərə alması idi.)

2. Azğın insanın ixtiyarındakı sənət sərxoşun əlindəki xəncər kimidir. Samirinin buzovu da bu qəbildən idi.

3. Heykəltəraşlığın, metal əritmənin və tökməçiliyin uzun keçmişi var.

4. Hər bir ümmət və inqilabı hədələyən ən böyük təhlükə irtica, dinsizlik, azğın mədəniyyətdir.

5. Bütün insanların fitrətində allahpərəstlik var. Peyğəmbərlər doğru yol və həqiqi məbudu göstərirsə, samirilər insanları əyri yola və buzovpərəstliyə çağırırlar.

6. Haqpərəst rəhbəri böhtanla sıradan çıxardıqdan sonra onların ətrafını aradan götürmək asanlaşır.

7. İlahi göstərişləri unutmayın. Din rəhbərlərindən uzaq düşməyin nəticəsi azğınlıq və bədbəxtlikdir. (Qeyd olunur ki, Samiri Musanın tərəfdarlarından idi, sonradan onunla bağladığı əhdi unutmuşdu.)1

8. Peyğəmbər yolu dəlil və məntiq yoludur. (Ağıl deyir ki, insanın üz tutduğu məbud ona mənfəət verib, zərərdən qorumaq qüdrətinə malik olmalıdır.)




Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   458   459   460   461   462   463   464   465   ...   621




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin